FED faiz artırmağı yavaşlatmağa hazır olduğunu açıqlayıb
FED sədri faiz artırmağın tempini yavaşlatmağa hazır olduqlarını açıqlayıb.ABŞ Federal Ehtiyat Sisteminin (FED, ABŞ Mərkəzi Bankı) sədri Cerom Pauel çərşənbə günü Federal Açıq Bazar Komitəsinin iclasından sonra keçirilən mətbuat konfransında bildirib ki, FED-in faiz artırmağı yavaşlatmağa hazırdır.
"Artım sürətinin (faiz dərəcəsinin) aşağı salınması məqsədəuyğundur. Bunun vaxtı artıq yaxınlaşır və bu, növbəti iclasda və ya ondan sonra baş verə bilər", - o deyib.
Pauell əlavə edib ki, növbəti artımın tempi ilə bağlı yekun qərar hələ verilməyib.
Pauel əlavə edib ki, FED-in uçot dərəcəsi ilə bağlı gələcək qərarları ölkədə iqtisadi aktivlik və inflyasiya ilə bağlı məlumatlar asılı olacaq.
Çərşənbə günü ABŞ Federal Ehtiyat Sistemi növbəti iclasında baza faiz dərəcəsini 0,75 bənd artıraraq illik 3,75-4%-ə çatdırıb. FED 2022-ci ilin əvvəlindən yüksək inflyasiyanı 2%-lik hədəfə endirmək üçün faizlərini davamlı olaraq artırır.
Tənzimləyici baza dərəcəsini ardıcıl dördüncü dəfə 0,75 bənd artırıb. FED, koronavirus pandemiyasının ağır iqtisadi nəticələrinə cavab olaraq faizlərini illik 0-0,25%-ə qədər plansız endirmişdi.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 5 gün sonra
- 8 saat əvvəl
-
- 9 saat əvvəl
- 10 saat əvvəl
-
22 saat əvvəl
Baku Electronics-də "Vəziyyət Qırmızıdır" - rəflər boşalmadan fürsəti dəyərləndirin
- 22 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Putin hələ ki Zelenski ilə görüşməkdə bir məna görmədiyini deyib
-
1 gün əvvəl
Sabah Investment Group Azərbaycanın adını dünya lüks xəritəsinə yazdırır
-
1 gün əvvəl
Bakıda yeni Xiaomi 17T seriyasının təqdimat tədbiri keçirilib - QİYMƏTLƏR
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 7 GÜN
Tramp: “İrandan çox qısa müddətdə çıxacağıq”
Azərbaycan neftinin son qiyməti
Baku Electronics-də "Vəziyyət Qırmızıdır" - rəflər boşalmadan fürsəti dəyərləndirin
Putin hələ ki Zelenski ilə görüşməkdə bir məna görmədiyini deyib
Ən çox oxunanlar
Dünya ərzaq qiymətləri mayda təxminən sabit qalıb
5 ayda yeni nəsil kassa aparatları ilə qeydə alınan dövriyyə 12 milyard manatdan çox olub
Geologiya İnstitutunun direktoru vəzifəsindən azad edilib
İlk 5 ayda Vergi Xidməti 130,3 milyon manat çox olmaqla 7 milyard 825 milyon manat yığıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
“Kredit Həyat Sığortası” bizi nələrdən sığortalayır?


















.jpg)





