Kapital Bank beynəlxalq Web Summit-də iştirak edir
(®) Son illər ərzində ölkədə rəqəmsallaşmaya önəm verərək, yeni texnoloji həlləri ilk olaraq təqdim edən Kapital Bank 1-4 noyabr 2022-ci il tarixlərində Lissabon şəhərində keçirilən beynəlxalq Web Summit də təmsil olunur. Web Summit dünyanı dəyişən insanları və ideyaları birləşdirən ən böyük texnologiya tədbirlərindən biridir. Tədbirdə Kapital Bank-ın İnnovasiya Proqramının rəhbəri Taryel Ağazadə, həmçinin PAŞA Holding-ə daxil olan digər şirkətlərin nümayəndələri də iştirak edir.
2009-cu ildən indiyədək Web Summit dünyanın ən böyük və ən mötəbər konfranslarından birinə çevrilə bilib. 100 000-dən artıq insanın qatıldığı bu ilki tədbirdə Google, Apple, Amazon və digər qabaqcıl şirkətlərin nümayəndələri spiker, inverstor və mentor qismində iştirak edir. Kapital Bank Azərbaycanın ən böyük maliyyə qurumlarından biri olmaqla Web Summit-də həm öz texnoloji yeniliklərini paylaşacaq, həm də dünyanın məşhur şirkətlərinin təcrübələrini öyrənəcək.
“Biz hazırda dünyanın maliyyə texnologiyaları sahəsində baş verən ən böyük dəyişiklikləri, trendləri və son yenilikləri öyrənmək və bankımızın departament və şöbələrində tətbiq etmək üçün bu tədbirdə iştirak edirik. Dünyanın ən böyük FinTech-ləri, maliyyə texnologiyaları şirkətləri və banklarının təmsil olunduğu tədbirdə hazırda dünyada baş verən yeniliklər və gələcək texnologiyalar barədə fikir mübadiləsi aparırıq. Ümidvaram ki, bu bizə ölkənin maliyyə sektorunun inkişafı istiqamətində yeni fürsətlər qazanmağa imkan verəcək”, - deyə, Kapital Bank-ın İnnovasiya Proqramının rəhbəri Taryel Ağazadə bildirdi.
Qeyd edək ki, Kapital Bank-ın İnnovasiya Proqramı hazırda 3 əsas istiqaməti əhatə edir: daxili innovasiya, xarici innovasiya və innovativ brendinq. Bu istiqamətdə hazırda müəyyən işlər aparılır, region üçün önəmli olan texnoloji həllər tətbiq edilir, həmçinin dünyada olan yeniliklər yerli bazara uyğunlaşdırılır.
Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi — 112 filialı və 24 şöbəsi ilə müştərilərin xidmətindədir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 20 d. əvvəl
- 29 d. əvvəl
-
-
34 d. əvvəl
Naxçıvanda meyvə bağları üçün subsidiya ödənişləri nəzərdə tutulur
-
39 d. əvvəl
Azərbaycan ilə Türkmənistan arasında imzalanmış sənədlər mübadilə olunub
-
40 d. əvvəl
Dubayda əmlak almaq üçün yeni fürsət: Bakıdan xüsusi təqdimat keçiriləcək
- 55 d. əvvəl
- 58 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycanda süni yumurta satışı iddiaları ilə bağlı AÇIQLAMA
-
2 saat əvvəl
PAŞA Bank-ın dəstəyi ilə keçirilən “AI for Good” layihəsi başa çatdı
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Böyük Britaniyanın Baş naziri Keir Starmer istefa verib
Libiyada neft hasilatı 13 ilin ən yüksək səviyyəsinə çatıb
Naxçıvanda meyvə bağları üçün subsidiya ödənişləri nəzərdə tutulur
İyunun 23-də gözlənilən hava şəraiti
Bəzi çimərliklərdən istifadə məhdudlaşdırılıb
Azərbaycanda süni yumurta satışı iddiaları ilə bağlı AÇIQLAMA
PAŞA Bank-ın dəstəyi ilə keçirilən “AI for Good” layihəsi başa çatdı
Sərdar Berdiməhəmmədovun rəsmi qarşılanma mərasimi olub
“AzerTelecom” və “Telecom Armenia” internet trafikinin tranziti üzrə müqavilə imzalayıb
Avropa LNG bazarında ABŞ dominantlığı: pay 60 faizə yaxınlaşıb
“Aztelekom” ilk dəfə 1000 Mbit/s-yə qədər fiber-internet tariflərini təqdim edir - QİYMƏTLƏR
AZAL donanmasına dördüncü müasir “Airbus A320neo” əlavə olunub
Türkmənistan Prezidenti Azərbaycana səfərə gəlib
























