ABŞ-da inflyasiya son 40 ilin ən yüksək səviyyəsinə çatıb
ABŞ-da sentyabr ayı üzrə istehlak qiymətləri inflyasiyanın qalıcı olduğuna dair siqnallar verib. İllik inflyasiya 8,2 faiz təşkil edib və proqnozu üstələyib. Baza inflyasiyası son 40 ilin ən yüksək səviyyəsinə çatıb. Məlumatların açıqlanmasından dərhal sonra Fed svopları noyabr ayında 75 bənd faiz artırılacağı gözləntisinin 100% olduğunu göstərib.Sentyabrda ABŞ-da illik inflyasiya 8,2 faiz olaraq qeydə alınıb.
Marja xəbər verir ki, Bloomberg-in sorğusuna qatılan 52 iqtisadçının orta proqnozu sentyabr ayında istehlak qiymətlərinin illik 8,1 faiz artacağı istiqamətində idi.
Avqustda ölkədə istehlak qiymətləri indeksi 8,3 faiz artmışdı.
Aylıq müqayisədə qiymətlər 0,4 faiz artıb.
Enerji və qida xaric inflyasiya (baza inflyasiya) sentyabr ayında avqust ayı ilə müqayisədə 0,6% artıb. Beləliklə, baza aylıq inflyasiyası 1982-ci ildən bəri ən yüksək səviyyəyə çatıb. İllik baza inflyasiyası da 6,6 faiz olaraq qeydə alınıb. ABŞ-da inflyasiyanın aylıq 0,2 faiz artacağı gözlənildiyi halda, enerji və qida məhsulları xaric inflyasiyanın avqust ayındaki 6,3 faizdən daha sürətli omaqla 6,5 faiz artacağı gözlənilirdi.
Məlumatların açıqlanmasından sonra Fed svopları göstərib ki, noyabr ayında 75 bəndlik faiz artımı 100 faiz səviyyəsində qiymətləndirilib. Bazar FED-in faizinin mart ayında 4,85 faiz çatacağını gözləyir.
Bloomberg-in iqtisadçıları gözləniləndən daha yüksək olan inflyasiyanın dekabr ayında faizin artırılması tempinin 50 baza bəndinə enməsini çətinləşdirəcəyini bildiriblər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 saat əvvəl
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
-
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
-
2 saat əvvəl
"Bakı-Tbilisi sərnişin qatarı bərpa olunur" xəbəri ilə bağlı rəsmi açıqlama
- 2 saat əvvəl
-
3 saat əvvəl
Bakı–Tbilisi–Qars dəmir yolunun modernləşdirmə işlərinin yekun qəbulu təsdiqləndi
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
Sement ixracı azalıb
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
"Daşınmaz əmlakların 8-10 %-i sığortalıdır"
Ən çox oxunanlar
Kartof ixracı 2 dəfədən çox artıb
Nar ixracında həm həcm, həm də gəlir azalıb
Xurma ixracında azalma qeydə alınıb
Alma ixracında həm həcm, həm də gəlir artıb
Fındıq ixracından gəlir kəskin artıb
Pomidor ixracında həcm azalsa da, gəlir cüzi artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub






.jpg)













.jpg)



