Aqrar sığorta fəaliyyəti üzrə müstəqil ekspertlərin imtahan qaydalarında dəyişiklik edilib
Nazirlər Kabinetinin 2022-ci il 4 oktyabr tarixli 380 nömrəli qərarı ilə aqrar sığorta fəaliyyəti üzrə müstəqil ekspertlərin imtahanları asanlaşdırılıb.
Qaydalara edilən dəyişikliklərə əsasən aqrar sığorta fəaliyyəti üzrə müstəqil ekspertlərin imtahanı iki deyil, bir mərhələdə keçiriləcək. İndiydək imtahanlarda yalnız 11 ixtisas üzrə peşə sahibi iştirak edə bilirdisə, yeni qərarla bu siyahı genişləndirilərək 71-ə çatdırılıb.
Yeni dəyişikliklərə əsasən, ali, orta ixtisas təhsil pilləsi ilə yanaşı, 5 ildən az olmayaraq iş təcrübəsi olan peşə təhsilli şəxslər də imtahanda iştirak etmək hüququ əldə edəcəklər. İmtahanda iştirak etmək istəyən namizədlər Aqrar Sığorta Fonduda keçirilən xüsusi təlimlərə cəlb olunurlar. Təlimin başlanmasına azı 1 ay qalmış Fondun rəsmi internet saytında və ya mətbu orqanda bu barədə elan verilir. Təlim prosesi ərzində təsərrüfat sahələrində praktik təcrübə keçirilir. Təlimi uğurla başa vurmuş şəxslərin siyahısı Aqrar Sığorta Fondu tərəfindən Dövlət İmtahan Mərkəzinə göndərilir. Mərkəz sənəd qəbulu elan etdikdən sonra imtahan keçirilir və imtahan nəticəsində aqrar sığorta fəaliyyəti üzrə sertifikatlar Dövlət İmtahan Mərkəzi tərəfindən təqdim olunur.
Aqrar sığorta fəaliyyəti üzrə müstəqil ekspertlərin imtahanının keçirilməsi qaydalarlna edilən dəyişikliklərlə daha ətraflı Nazirlər Kabinetinin rəsmi internet səhifəsi və ya aşağıdakı link vasitəsilə tanış ola bilərsiniz:
https://nk.gov.az/az/document/6469/
Müstəqil ekspertlərin imtahan qaydalarının sadələşdirlməsi aqrar sığorta fəaliyyəti üzrə sertifikat alan müstəqil ekspertlərin sayının artmasına, göstərilən xidmət səviyyəsinin yüksəldilməsinə müsbət təsir edəcək. Əvvəlki qaydaların şərtlərinin ağırlığı səbəbindən imtahanlardan keçə bilməyən, lakin müvafiq sahə üzrə bilik və bacarıqlara malik olan şəxslərin bu fəaliyyətə cəlb olunması ilə fermerlərə qanunvericiliklə müəyyən olunmuş müddətlər çərçivəsində və operativ xidmətin göstərilməsinə, müraciətlərin vaxtlı-vaxtında cavablandırılmasına və aqrar sığorta mexanizminin fasiləsiz fəaliyyətinin təmin olunmasına imkan yaranacaq.
Qeyd edək ki, müstəqil aqrar sığorta eksperti Azərbacanda yüksək gəlirli peşələrdən biridir. Aqrar sığortanın əhatə dairəsinin sürətlə genişlənməsi ilə aqrar sığorta ekspertlərinin sifarişləri və gəlirləri daha da artırıb. Müstəqil aqrar sığorta ekspertlərinin gəlirləri onların təsərrüfatlara çıxışlarının və müayinə etdiyi heyvanların sayından, qət etdikləri məsafədən asılıdır.
Müstəqil aqrar sığorta eksperti sertifikatı almış mütəxəssislər gələcəkdə Aqrar Sığorta Fondu və Türkiyənin Kənd Təsərrüfatı Sığortaları sistemi – TARSİM arasında bağlanan Anlaşma Memorandumuna əsasən, qardaş Tükiyədə də fəaliyyət göstərə biləcəklər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 5 gün sonra
-
-
8 saat əvvəl
Naxçıvan və Urumçi şəhərləri arasında iqtisadi əməkdaşlığa dair onlayn görüş keçirilib
-
9 saat əvvəl
Rusiyada təsisçiləri Azərbaycandan olan şirkətlərin sayı artıb
- 10 saat əvvəl
-
10 saat əvvəl
Xarici vətəndaşlar üçün bəzi qoruq və muzeylərə giriş qiyməti dəyişir
- 10 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
-
11 saat əvvəl
Rəşid Behbudovun itmiş rəsmi ABB-nin dəstəyi ilə yenidən yaradıldı!
- 11 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
ABB İnvest “İlin investisiya şirkəti” seçildi
Ən çox oxunanlar
Zərgərlik sahəsində əyar nəzarəti sistemi formalaşdırılır
Rəşid Behbudovun itmiş rəsmi ABB-nin dəstəyi ilə yenidən yaradıldı!
Bakı Limanında rekord nəticə
Sahibkarın 4 milyon manatını ələ keçirməkdə təqsirləndirilən dəstənin məhkəməsi başlayıb
"FINCA Azerbaijan"ın dollar istiqrazlarına 54 investordan 54 sifariş - HƏRRACIN NƏTİCƏSİ
6 faydalı qazıntı yatağı hərraca çıxarılacaq
Paşinyan Azərbaycandan Ermənistana benzin tədarükünü alqışladı

















.jpg)

.jpg)


