Avropa səhmləri ardıcıl beşinci gündür ucuzlaşır
Avropada əsas fond indeksləri ardıcıl beşinci ticarət günüdür düşür.
Marja xəbər verir ki, Böyük Britaniyanın FTSE 100 indeksi 0,78% azalaraq 6905,8 bəndə, Fransanın CAC 40-ı 0,57% azalaraq 5807,31 bəndə, Almaniyanın DAX indeksi 0,66% azalaraq 12192,17 bəndədək geriləyib.
Beş ticarət sessiyası ərzində Avropa kotirovkaları 2%-dən çox azalıb, investorlar qlobal iqtisadiyyatda tənəzzül risklərini qiymətləndirməyə davam edirlər. Bu cür gözləntiləri dünyanın mərkəzi banklarının, ilk növbədə ABŞ Federal Ehtiyat Sisteminin monetar siyasətinin sərtləşdirilməsi perspektivləri gücləndirir.
Bazarlar noyabrda FED-in daha 75 baz bəndlik faiz artımı perspektivini və mərkəzi bankın qlobal iqtisadiyyatı tənəzzülə sürükləyə biləcəyi riskləri qiymətləndirdiyi üçün əhval-ruhiyyə bir qədər gərgin olaraq qalacaq.
İnvestorlar inflyasiya məlumatlarının açıqlanmasını gözləyərkən, bazar ertəsi ABŞ dolları möhkəmlənib. Proqnozlara görə ABŞ iqtisadiyyatında güclü qiymət təzyiqi davam edəcək. Açıqlanacaq məlumatlarının sentyabrda ABŞ-da illik əsas inflyasiyanın avqust ayındaki 8.3%-dən 8.1%-ə qədər yavaşlaması və baza inflyasiyanın 6.3%-dən 6.5%-ə qədər sürətlənməsi gözlənilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
6 saat əvvəl
"Airblue" aviaşirkəti Bakı–Lahor marşrutu üzrə uçuşlara başlayır
- 23 saat əvvəl
-
-
1 gün əvvəl
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
"Airblue" aviaşirkəti Bakı–Lahor marşrutu üzrə uçuşlara başlayır
Türkiyənin vitse-prezidenti Ermənistana səfər edəcək
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
Mayın 3-də gözlənilən hava şəraiti
PULLU Adam olmaq üçün ilk addımını at ®
AZAL Təl-Əvivə uçuşları bərpa edir
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 11 GÜN
ABŞ-ın enerji şirkətlərinin mənfəəti azalıb
Tramp Avropadan idxal olunan avtomobillərə tətbiq olunan gömrük vergisini 25 faizə qaldırır
Azərbaycan neftinin son qiyməti
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 11 GÜN
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
MSolution ISO 27001 sertifikatını əldə etdi və PCI DSS uyğunluğunu yenidən təsdiqləndi







.jpg)




.jpg)





