Yeni Zelandiya Vahid Ələkbərova sanksiya tətbiq edib
Yeni Zelandiya Rusiyanın 75 vətəndaşını, o cümlədən “Lukoyl” şirkətinin keçmiş prezidenti və sabiq baş icraçı direktoru Vahid Ələkbərovu sanksiya tətbiq olunan şəxslərin siyahısına salıb.
Bu barədə məlumatı BBC yayıb.
Bildirilib ki, Yeni Zelandiya Rusiyaya qarşı sanksiyaları genişləndirib. Sanksiya siyahısına Rusiyanın 75 vətəndaşı və iki şirkəti əlavə olunub. Onlardan 24-ü məmurdur. Rusiya rəsmiləri Ukrayna bölgələrinin ilhaqı ilə əlaqədar sanksiyaya məruz qalıblar.
Məlumata görə, siyahıya V.Ələkbərovla yanaşı “Qazprombank”ın İdarə Heyətinin sədri Andrey Akimov, “Vneşekonombank”ın sədri Sergey Qorkov, “Rosoboroneksport”un baş direktoru Aleksandr Mixeyev, “Novatek”in İdarə Heyətinin sədri Leonid Mixelson, “Norilsk Nikel”in prezidenti Vladimir Potanin və başqaları daxildir.
Yeni Zelandiyanın ticarət naziri Damien O'Konnor bildirib ki, aprel ayından Rusiya ilə bu ölkə arasında ticarət artıq əhəmiyyətli dərəcədə azalıb. Rusiyadan Yeni Zelendiyaya idxalata 75 faiz azalıb: “Bugünkü əlavə məhdudiyyətlər Rusiyaya verdiyimiz mesajı daha da gücləndirəcək. Biz Rusiya hərbi maşınını maliyyələşdirməyəcəyik və ya dəstəkləməyəcəyik”.
Yeni Zelandiyanın xarici işlər naziri Nanaya Maxuta qeyd edib ki, sanksiya siyahısında olanlar arasında bu ölkə ilə əlaqələri olan “Evraz Group”un Direktorlar Şurasının rəhbəri Aleksandr Abramov da var. Nazirin sözlərinə görə, A.Abramov və onun ailə üzvlərinə Yeni Zelendiyaya səyahət qadağası qoyulacaq, onların təyyarə və gəmilərinin hava məkanımıza və limanlarımıza daxil olması qadağan ediləcək: “Sanksiyaların məqsədi günahsız yeni zelandiyalıları cəzalandırmaq deyil, Rusiyaya təzyiq göstərməkdir”.
İllik 13.99%-dən 40 000 AZN-dək zaminsiz komissiyasız kredit!
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
2 saat əvvəl
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
-
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
-
3 saat əvvəl
"Bakı-Tbilisi sərnişin qatarı bərpa olunur" xəbəri ilə bağlı rəsmi açıqlama
- 4 saat əvvəl
-
4 saat əvvəl
Bakı–Tbilisi–Qars dəmir yolunun modernləşdirmə işlərinin yekun qəbulu təsdiqləndi
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
Sement ixracı azalıb
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
"Daşınmaz əmlakların 8-10 %-i sığortalıdır"
Ən çox oxunanlar
Kartof ixracı 2 dəfədən çox artıb
Nar ixracında həm həcm, həm də gəlir azalıb
Xurma ixracında azalma qeydə alınıb
Alma ixracında həm həcm, həm də gəlir artıb
Fındıq ixracından gəlir kəskin artıb
Pomidor ixracında həcm azalsa da, gəlir cüzi artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub






.jpg)
.jpg)












.jpg)





