“PAŞA Bank” tərəfindən “Risklərin idarə edilməsi konfransı 2022” keçirilib
(®) Ölkənin aparıcı korporativ maliyyə institutu olan “PAŞA Bank” tərəfindən “Risklərin idarə edilməsi konfransı 2022” tədbiri keçirilib.
“PAŞA Bank”ın təşəbbüsü və təşkilatçılığı, Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyası, “PwC”, “Deloitte”, “Anthesis Group”, “Crede”, “Provenir” kimi şirkətlərin dəstəyi ilə oktyabr ayının 5-də “Four Seasons” mehmanxanasında baş tutan konfrans bir neçə müzakirə paneli və tətbiqi sessiyalardan ibarət olub.
Konfransda çıxış edən yerli ve beynəlxalq təcrübəli spikerlər təşkilatlarımız üçün ən təhlükəli risklərin potensial təsiri, dəyişkən mühitdə kredit risklərinin öhdəsindən gəlməyin yolları və rəqəmsal risklərin biznesə inteqrasiyası kimi mühüm mövzulara dair mövqelərini səsləndiriblər.
“PAŞA Bank”ın idarə heyətinin üzvü və baş risk inzibatçısı Xəyalə Nağıyeva konfransda çıxışı zamanı təşkilatların yeni risk gündəmini necə qurmalı olduqlarından danışıb.
“Bu gün rəhbərlər risk meyarları ilə bağlı menecmenti daha məsuliyyətli tutmağa meyl etməlidirlər. Sosial, geosiyasi və biznes mühiti əvvəlkindən daha sürətlə dəyişir. Texnologiyaların əksəriyyəti bəzi müəssisələr onları qəbul etməyi başa vurmamış dəyişdirilir və yenisi ixtira edilir. Biznesin dayanıqlı və davamlı olması üçün düzgün prioritetləmə hər zamankından daha vacibdir”, - deyə X. Nağıyeva bildirib.
Tədbirin ikinci hissəsində isə spikerlərin bələdçiliyi ilə praktiki sessiyalar keçirilib. “Risk idarəetmə modeli” sessiyasında risk idarəetmə modelinin əsasları və biznesdə tətbiqinin giriş səviyyəsi üçün mühüm tövsiyələr paylaşılıb. “Krisklərinin idarə edilməsi” sessiyasında “IFRS9” ilə bağlı çətinliklərin, qanunvericilikdəki dəyişikliklərin, eləcə də Pərakəndə, Korporativ və KOS seqmentləri üçün kredit risklərinin qiymətləndirilməsində sistemli risklərin idarə olunmasına dair praktiki məlumatlar səsləndirilib. “Qeyri-maliyyə risklərinin müəyyənləşdirilməsi və idarə edilməsi” sessiyası isə risklərin müəyyənləşdirilməsində və qiymətləndirilməsində mövcud olan tendensiyalara və müvafiq qabaqcıl təcrübəyə əsaslanan yanaşmalara həsr olunub.
Qeyd edək ki, konfransda və praktiki sessiyalarda dövlət və özəl sektorun ümumilikdə 100-dən çox nümayəndəsi iştirak edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 3 gün sonra
-
-
2 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
30 d. əvvəl
Məşhur avtomobil tüninqi şirkəti BRABUS Azərbaycanda daşınmaz əmlak layihəsi təqdim edir
-
34 d. əvvəl
“Baku White City” və “Sea Breeze” birgə fəaliyyət haqqında saziş imzalayıblar
- 47 d. əvvəl
- 50 d. əvvəl
- 52 d. əvvəl
- 53 d. əvvəl
- 56 d. əvvəl
- 56 d. əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 21 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Nova Credit" zərərdən mənfəətə keçib - QAZANCI KƏSKİ ARTIB
"Level Leasing"də yığıncaq keçiriləcək
"Azər-Türk Bank"da yığıncaq keçiriləcək.
Ən çox oxunanlar
Yapon avtomobili Nissan Magnite - CƏMİ 27 900 MANATA
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 21 GÜN
Bakı Ağ Şəhərdə torpaq sürüşməsi
Bank of Baku-dan ölkəxarici pul köçürmələrinə ENDİRİM
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Kred Aqro" BOKT 2025 ci ilin yekunları üzrə hesabat təqdim etdi
"Sizin Lombard"ın istiqrazlarına 52 investor 52 sifariş təqdim edib






.jpg)
.jpg)











.jpg)

