Azərbaycanda ev təsərrüfatlarının kredit borcu artır - 10,3 MİLYARD MANATI KEÇİB
Son 3 ayda ev təsərrüfatlarının cəmi kredit borcu 650 milyon manata yaxın artıb.2022-ci ilin avqust ayında Azərbaycanda ev təsərrüfatlarının cəmi kredit borcu (ev təsərrüfatlarına cəmi kredit qoyuluşları) 219,5 milyon manat artaraq 10 milyard 328,2 milyon manata çatıb.
Marja.az Mərkəzi Banka istinadən xəbər verir ki, 2022-ci ilin 8 ayında (yanvar-avqust) ev təsərrüfatlarının cəmi kredit borcu 1 milyard 720,9 milyon manat artıb. 2021-ci ilin sonunda ev təsərrüfatlarının cəmi kredit borcu 8 milyard 607,3 milyon manat təşkil etmişdi.
Ev təsərrüfatlarının cəmi kredit borcu 2022-ci ilin yanvar ayında 160,4 milyon manat, fevralda 180,7 milyon manat, martda 314,4 milyon manat, apreldə 197,9 milyon manat, mayda 222,7 milyon manat, iyunda 238,5 milyon manat, iyulda isə 186,8 milyon manat artıb.
Son 3 hesabat ayında (iyun-avqustda) ev təsərrüfatlarının cəmi kredit borcu 644,8 milyon manat artıb.
Əgər 2021-ci ilin sonunda ev təsərrüfatlarına kredit qoyuluşlarının cəmi kredit qoyuluşlarında xüsusi çəkisi 50,3% ikən, 2022-ci ilin avqust ayında 54% təşkil edib.
Daşınmaz əmlakın tikintisinə və alınmasına kredit qoyuluşları (ipoteka kreditləri daxil) ev təsərrüfatlarına kredit qoyuluşlarına aid edilir. Avqustda daşınmaz əmlakın tikintisinə və alınmasına kredit qoyuluşları 49.5 milyon manat, cari ilin 8 ayında isə 351,9 milyon manat artaraq 2 milyard 835,3 milyon manata çatıb.
Qeyd edək ki, 2022-ci ilin avqust ayında cəmi kredit qoyuluşları 151,2 milyon manat, cari ilin 8 ayında isə 2 milyard 17 milyon manat artaraq 19 milyard 136,8 milyon manata çatıb.
2021-ci ilin sonu ilə müqayisədə 2022-ci ilin 8 ayında ticarət və xidmət sektoruna verilmiş kreditlər 139,3 milyon manat artaraq 3 milyard 131,8 milyon manata, inşaat sektoruna kredit qoyuluşları 289,3 milyon manat artaraq 1 milyard 192,5 milyon manata, sənaye sektoruna kredit qoyuluşları 100,1 milyon manat artaraq 1 milyard 71,8 milyon manata, nəqliyyat və rabitə sektoruna kredit qoyuluşları 21,8 milyon manat artaraq 759,1 milyon manata, kənd təsərrüfatı və balıqçılıq sektoruna kredit qoyuluşları 7,1 milyon manat artaraq 598,8 milyon manata çatıb.
Mədənçıxarma sektoruna kredit qoyuluşları 140,1 milyon manat azalaraq 608,9 milyon manata, digər sektorlara kredit qoyuluşları 17,9 milyon manat azalaraq 635,9 milyon manata düşüb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
11 saat əvvəl
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
- 11 saat əvvəl
-
- 11 saat əvvəl
- 12 saat əvvəl
- 13 saat əvvəl
-
13 saat əvvəl
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
-
14 saat əvvəl
Kapital Bank sahibkarları bir araya gətirən platformalara dəstəyini davam etdirir
-
15 saat əvvəl
SOCAR Serbiya şirkəti ilə yaxın həftələrdə səhmdarlar müqaviləsi imzalayacaq
- 15 saat əvvəl
- 16 saat əvvəl
-
16 saat əvvəl
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
Çinin qızıl idxalı son iki ilin ən yüksək səviyyəsini ötüb
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
UCard: 30 000 manatadək geniş imkan və 72 günədək rahatlıq!
Azərbaycanın Rusiya ilə ticarət dövriyyəsi kəskin azalıb
Ən çox oxunanlar
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
Böyük Britaniyanın Baş naziri Keir Starmer istefa verib
Libiyada neft hasilatı 13 ilin ən yüksək səviyyəsinə çatıb
Naxçıvanda meyvə bağları üçün subsidiya ödənişləri nəzərdə tutulur
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
İyunun 23-də gözlənilən hava şəraiti
























