Məlumatlar Putinin taxıl koridoru barədə dediklərini təsdiq etmir
Bloomberg-in araşdırmasına görə, məlumatlar Rusiya prezidenti Vladimir Putinin “Ukraynadan ixrac edilən taxıl inkişaf etməkdə olan ölkələrə çatmır” tənqidini dəstəkləmir. Birləşmiş Millətlər Təşkilatının məlumatlarına görə, 2 milyon tondan çox taxıl məhsulunun 400 min tonu Afrikaya, 600 min tondan çoxu isə Asiya və Yaxın Şərqə çatdırılıb.Rusiya prezidenti Vladimir Putinin inkişaf etməkdə olan ölkələrin Ukrayna taxılına dair təhlükəsiz dəhliz sazişindən faydalanmadıqları ilə bağlı iddiaları rəqəmlərlə dəstəklənmir.
Marja xəbər verir ki, Putin razılaşmanı "aldadıcı" adlandırmasına baxmayaraq, saziş çərçivəsində 2 milyon tondan çox taxılın əhəmiyyətli hissəsi inkişaf etməkdə olan ölkələrə çatıb.
Putin bildirib ki, “taxılın demək olar ki, hamısı” Avropa Birliyi ölkələrinə gedir. Birləşmiş Millətlər Təşkilatının məlumatlarına görə, Ukraynadan çıxan gəmilərlə daşınan təxminən 400 min tondan çox kənd təsərrüfatı məhsulları Afrikaya, 600 min tondan çoxu isə Asiya və Yaxın Şərqə çatdırılıb.
Taxılın Misir, Somali, Keniya və Sudana da çatdırılma həyata keçirilib. Həmçinin BMT-nin məlumatına görə, dünyanın ən böyük un daşıyıcısı olan Türkiyə daxil olan taxılların bir hissəsini üyüdərək yenidən ixrac edə bilər.
Türkiyə və Birləşmiş Millətlər Təşkilatının vasitəçiliyi ilə əldə olunan razılaşma qlobal taxıl qiymətlərinin və ərzaq inflyasiyasının aşağı düşməsinə kömək edib. Putinin son açıqlamaları 120 günlük razılaşmanın gələcəyini mübahisəli edib.
Avropa İttifaqı ölkələri qarğıdalı, buğda və bitki yağı daxil olmaqla tədarükün üçdə ikisini alıb. Ölkələrin reytinqində Türkiyədən sonra ən çox çatdırılma İspaniyaya edilib.
BMT-nin sözçüsü Stephane Dujarric çərşənbə günü deyib: "Bu təşəbbüs topdansatış səviyyəsində qlobal qiymətləri aşağı salmaq məqsədi daşıyır. Dünya Ərzaq Proqramı çərçivəsində Ukrayna taxılı Efiopiya üçün Cibutiyə çatdırılır. Yəmənə də çatdırılmalar həyata keçiriləcək”.
Rusiya müharibə başlayandan bəri böyük miqdarda taxıl ixrac edib. Lakin mövsümün əvvəlindən sanksiyaların dolayı təsiri olaraq daşıma şirkətləri maliyyə və logistik çətinliklərlə üzləşib.
Rusiya rəsmiləri bu həftə Cenevrədə BMT nümayəndələri ilə Rusiyanın qida və gübrə ticarəti ilə bağlı problemləri müzakirə ediblər.
Xatırladaq ki, Şərq İqtisadi Forumunda çıxış edən Rusiya Prezidenti Vladimir Putin 80 gəmidən yalnız ikisinin aşağı gəlirli ölkələrə getdiyini və buna görə də sövdələşmənin inkişaf etməkdə olan ölkələr üçün “dələduzluq” olduğunu bildirib:
"Gördüklərimiz başqa bir həyasızcasına saxtakarlıqdır. Bu, bizimlə bağlı deyil, bu, beynəlxalq ictimaiyyətin aldadılması, Afrikadakı, ərzağa ciddi ehtiyacı olan digər ölkələrdəki tərəfdaşların aldadılmasıdır, bu, sadəcə olaraq bir dələduzluq, alçaq və həyasızlıqdır”.
Müştərilərin xəbərləri
Türkiyə, Gürcüstan, Özbəkistan kimi ölkələrə gedənlərin nəzərinə: gözlənilməz xərclərə hazırlıqlı olun!
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 6 gün sonra
- 3 gün sonra
-
- 2 saat əvvəl
-
12 saat əvvəl
"PRİOR LEASING"in istiqrazlarına 56 investor 56 sifariş təqdim edib
-
12 saat əvvəl
Bakı metrosundan “BakuBus” “Bakı Taksi Xidməti”nin ona qoşulması barədə açıqlama
-
13 saat əvvəl
"Jetour" avtomobillərinin Azərbaycanda istehsalına başlanılıb
-
13 saat əvvəl
"Azərmaş Group" istiqraz buraxılışı yolu ilə 10 milyon dollar borc alır
-
14 saat əvvəl
“Trendyol Plus” Azərbaycanda: 10 ödənişsiz çatdırılma və xüsusi endirimlər
-
14 saat əvvəl
Ziraat Bank Azərbaycan “Human vs AI” mövzusunda tədbirə dəstək olub
- 14 saat əvvəl
-
14 saat əvvəl
San-Marino da Azərbaycandan təbii qaz almaq istəyir - SOCARDA GÖRÜŞ
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Türkiyə, Gürcüstan, Özbəkistan kimi ölkələrə gedənlərin nəzərinə: gözlənilməz xərclərə hazırlıqlı olun!
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 6 GÜN
ABŞ İranı yenidən vurdu
Ən çox oxunanlar
Ziraat Bank Azərbaycan “Human vs AI” mövzusunda tədbirə dəstək olub
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
San-Marino da Azərbaycandan təbii qaz almaq istəyir - SOCARDA GÖRÜŞ
“Alp Delux” şadlıq evinin ətlərində at DNT-si aşkarlanıb
“BakuBus” və “Bakı Taksi Xidməti” ləğv edilir






.jpg)








.jpg)









