Azərbaycanda istehlak kreditləri biznes kreditlərindən daha çox artıb
2022-ci ilin 7 ayında (yanvar-iyul) Azərbaycanın bank sektorunun kredit portfeli 167.4 milyon manat artaraq 31 iyul 2022-ci il tarixində 18 milyard 487.4 milyon manata çatıb.
Marja.az Mərkəzi Banka istinadən xəbər verir ki, o cümlədən, biznes kreditləri 15.3 milyon manat artaraq 10 milyard 497 milyon manata, istehlak kreditləri 125.2 milyon manat artaraq 5 milyard 315 milyon manata, ipoteka kreditləri isə 26.9 milyon manat artaraq 2 milyard 675.4 milyon manata çatıb.
2022-ci ilin 7 ayı ərzində bank sektorunun cəmi kredit portfeli 1 milyard 828.3 milyon manat, o cümlədən biznes kreditləri 757 milyon manat, istehlak kreditləri 796.6 milyon manat, ipoteka kreditləri isə 274.7 milyon manat artıb.
Son dövrdə istehlak kreditləşməsi seqmentində aktivlik müşahidə olunması Mərkəzi Bankı da narahat edir. Bir neçə gün öncə Azərbaycan Mərkəzi Bankı məsuliyyətli və daha sağlam kreditləşmənin təmin edilməsi, əhalinin izafi borclanmasının qarşısının alınması üçün prudensial tələblərini sərtləşdirib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 16 d. sonra
-
34 d. əvvəl
Kreml: Rusiya Ukrayna ilə bağlı danışıqlarda mövqeyini sərtləşdirəcək
- 35 d. əvvəl
-
-
42 d. əvvəl
“İstisu” ixracı 11 ayda təxminən 1,7 milyon dollar gəlir gətirib
-
48 d. əvvəl
Birləşmiş Krallıq və Lüksemburq "Azərkosmos"un xidmətlərindən istifadə edir
-
1 saat əvvəl
Bakı Ağ Şəhərin Babək kvartalında 20 mərtəbəli binalar tikiləcək
- 1 saat əvvəl
-
1 saat əvvəl
Elektron siqaretlərin idxalı, istehsalı və satışı qadağan edilir - aprelin 1-dən qüvvəyə minəcək
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
İxracı 1 ayda Azərbaycana 41 milyon dollar gəlir gətirən meyvə
- 2 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
“İstisu” ixracı 11 ayda təxminən 1,7 milyon dollar gəlir gətirib
“İxrac icmalı”nın dekabr sayı - TAM VERSİYA
Cəbrayıl və Zəngilanda sakinlər üçün bir ilk - VİDEO
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ən çox oxunanlar
İxracı 1 ayda Azərbaycana 41 milyon dollar gəlir gətirən meyvə
İxracdan ən çox qazanan Azərbaycan şirkətləri - SİYAHI
Pomidor qızıl ilə yarışır - Azərbaycanın qeyri-neft sektoru üzrə ixrac rəqəmləri açıqlandı
Bayram günlərinə gözlənilən hava proqnozu açıqlanıb






















