“Gəncə Avtomobil Zavodu”nun xalis mənfəəti 4 dəfəyə yaxın azalıb
“Gəncə Avtomobil Zavodu” (GAZ) İstehsalat Birliyi 2021-ci ili 2 milyon 22 min manat xalis mənfəət ilə başa vurub. GAZ 2020-ci ili 7 milyon 396 min manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə,“Gəncə Avtomobil Zavodu”nun 2021-ci ildə xalis mənfəəti 2020-ci illə müqayisədə 3,7 dəfə azalıb.
Marja.az xəbər verir ki, “Gəncə Avtomobil Zavodu”nun satışdan gəlirləri 2020-ci ildə 98 milyon 935 min manat ikən, 2021-ci ildə 84 milyon 867 min manata düşüb (14 milyon 68 min manat və ya 14,2% azalıb).
Ötən il “Gəncə Avtomobil Zavodu”nun cəmi gəlirləri 84 milyon 867 min manat, cəmi xərcləri 82 milyon 845 min manat təşkil edib.
31 dekabr 2021-ci il tarixində GAZ-ın cəmi aktivləri 97 milyon 722 min manat olub ki, bu da illik müqayisədə 20,3 % çoxdur.
Hesabat dövründə şirkətin öhdəlikləri 29,3% artaraq 66 milyon 97 min manata, balans kapitalı isə 5,1 % artaraq 31 milyon 625 min manata çatıb.
Xatırladaq ki, GAZ-ın əsası 1986-cı ildə qoyulub və 30 min ədəd ortatonnajlı avtomobillərin istehsalı üçün hesablanıb. Müəssisənin tikintisi layihəyə görə 1989-cü illin başa çatmalı olsa da, Sovet İttifaqının dağılması nəticəsində zavodun tikintisini yarımcıq qalıb. Yalnız 2004-cü ilin dekabırında GAZ işə düşüb və müəssisədə ilk avtomobil yığılıb. Onun nizamnamə kapitalı 3 milyon 573 min manatdır.
İllik 13.99%-dən 30 000 AZN-dək zaminsiz komissiyasız kredit!
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
6 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
6 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
6 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
8 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 8 saat əvvəl
-
8 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb

























