“AzInTelecom”un Müştəri Xidmətləri yalnız “Şəbəkə” ofisində fəaliyyət göstərəcək
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən “AzInTelecom” MMC-nin Müştəri Xidmətləri vahid mərkəzdə fəaliyyət göstərməyə başlayır.
Nazirliyin yaydığı məlumatda bildirilir ki, artıq avqustun 1-dən etibarən vətəndaşların “SİMA Token” məhsulunun sifarişi, əldə edilməsi, həmçinin şirkətin digər məhsulları və xidmətləri ilə bağlı müraciətləri yalnız Üzeyir Hacıbəyli küçəsi, 72 ünvanında yerləşən “Şəbəkə” xidmət mərkəzində qəbul ediləcək.
Qeyd edək ki, “SİMA Token” məhsulunu token.sima.az saytı vasitəsilə də sifariş etmək olar. İmza hazır olduqdan sonra Bakı üzrə “Şəbəkə” ofisindəki Müştəri Xidmətlərinə, regionlarda isə yaxınlıqdakı poçt filialına yaxınlaşaraq sifariş edilən tokeni əldə etmək lazımdır.
“SİMA Token”lə bağlı yaranan çətinlik və suallarla əlaqədar “157” Çağrı Mərkəzinə də zəng etmək mümkündür.
Xatırladaq ki, bir müddət öncə “AzInTelecom” MMC-yə məxsus Müştəri Xidmətləri Mərkəzi təkmilləşdirilərək xidmət operatorlarının sayı artırılıb, texniki imkanlar gücləndirilib və bayram günləri də daxil olmaqla, həftə içi saat 09:00-18:00 arası fasiləsiz iş rejiminə keçilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 1 həftə sonra
-
-
7 saat əvvəl
Mürvət Həsənli Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın sədri seçilib
- 8 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
Mənzil seçərkən diqqət edilməsi vacib olan əsas amillər hansılardır?
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
Unibankın Yeni il kampaniyası davam edir: 0 % komissiya, 2 % endirim!
- 9 saat əvvəl
- 10 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Yoxlama aparılıb, “On numara”da ciddi nöqsanlar aşkarlanıb
Bərdə heyvan satışı bazarı fəaliyyətini bərpa edib
Ən çox oxunanlar
Metroda gediş haqqına 50% endirim edildi
Sərvəti 600 milyard dolları aşan ilk insan oldu
"Rusiya Donbas, Krım, Zaporojye və Xerson bölgələri ilə bağlı kompromisə getməyəcək"
Bakcell texno-blogerlər üçün “Media Tech” təlimini həyata keçirdi
Azərbaycanda elektron siqaretlər qadağan olunur




















