“B.Sərdarov adına Maşınqayırma Zavodu”nun təşkilati-hüquqi forması dəyişdirilib, kapitalı artırılıb
“B.Sərdarov adına Maşınqayırma Zavodu” törəmə açıq səhmdar cəmiyyətinin (TASC) təşkilati-hüquqi forması dəyişdirilib, nizamnamə kapitalı artırılıb.
Marja.az xəbər verir ki, “B.Sərdarov adına Maşınqayırma Zavodu”nun təşkilati-hüquqi forması TASC-dən MMC-yə dəyişib.
"Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində 24.12.2001-ci il tarixdə D-3349 nömrəsi ilə dövlət qeydiyyatına alınmış “B.Sərdarov adına Maşınqayırma Zavodu” TASC-nin Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 135 nömrəli, 21 iyul 2022-ci il tarixli sərəncamı ilə təşkilati-hüquqi forması dəyişdirilərək, yenidən təşkil edilməklə “B.Sərdarov adına Maşınqayırma Zavodu” Məhdud Məsuliyyətli Cəmiyyətinə (MMC) çevrilmiş və nizamnamə kapitalı 16 milyon 61 min manat həcmində müəyyən edilmişdir",- zavodun məlumatında bildirilir.
“B.Sərdarov adına Maşınqayırma Zavodu”nun nizamnamə kapitalı 4 milyon 205 min 622 manat artırılıb. İndiyədək zavodun nizamnamə kapitalı 11 milyon 855 min 378 manat idi.
“B.Sərdarov adına Maşınqayırma Zavodu” dağ-mədən çıxarma, neftçıxarma sənayesi avadanlıqlarının istehsalı ilə məşğul olur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 gün sonra
- 4 gün sonra
-
3 gün sonra
Dollar ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları ABB mobile tətbiqində
-
-
2 d. əvvəl
Pambıq yığımı başa çatır, sahələrdən 360 min tondan artıq məhsul yığılıb
- 25 d. əvvəl
- 31 d. əvvəl
- 32 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Baku Electronics-də “Şansını Tut” başlayıb - Endirimlərin Sehrinə Hazırsınız?
-
2 saat əvvəl
"iIT Distribution" şirkətinin Azərbaycanda ofisi açılıb, Ölkə ürə meneceri təyin olunub
- 15 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Qızıl və gümüş rekord yenilədi
Suriyada yeni pul vahidi dövrü başlayır
Rəsmi məzənnələr açıqlandı
Ən çox oxunanlar
"iIT Distribution" şirkətinin Azərbaycanda ofisi açılıb, Ölkə ürə meneceri təyin olunub
Tanınmış iş adamı Mikayıl Yusifov mükafata layiq görülüb
Bir sıra məhkəmələrə hakimlər təyin edilib - SİYAHI


























