Nəsib Həsənovun böyük sement şirkəti gəlirlərini və mənfəətini açıqladı - 170 MİLYON MANATDAN ÇOX GƏLİR
Azərbaycanda iri sement istehsalçısı "Norm" ASC 2021-ci ili 28 milyon 397 min manat xalis mənfəət ilə başa vurub. Şirkət 2020-ci ili 26 milyon 614 min manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, ötən il şirkətin xalis mənfəəti 1 milyon 783 min manat və ya 6,7% artıb.
Marja xəbər verir ki, 2020-ci ildə "Norm" şirkətinin satışdan gəlirləri 156 milyon 327 min manat manat ikən, 2021-ci ldə 170 milyon 864 min manata yüksəlib (14 milyon 537 min manat və ya 9,3% artıb).
Ötən il "Norm" ASC-nin cəmi əməliyyat gəlirləri 172 milyon 159 min manat, cəmi əməliyyat xərcləri 135 milyon 615 min manat, gəlirlər xərcləri üstələdiyindən vergidən əvvəlki mənfəəti 36 milyon 544 min manat, ödədiyi mənfəət vergisi 8 milyon 147 min manat təşkil edib.
31 dekanbr 2021-ci il tarixində ASC 84 milyon 961 min manat bölüşdürülməmiş xalis mənfəətə malik olub.
İstehsal gücü gündə 5300 ton klinker, ildə isə 2,1 milyon ton sement təşkil edən Norm Sement zavodu Cənubi Qafqazın ən böyük sement zavodudur. Nəsib Həsənov "Norm" şirkətinin təsisçisi və yeganə benefisiar sahibidir.
"Norm" ASC müxtəlif sahələrdə və ölkələrdə fəaliyyət göstərən "NEQSOL Holding" beynəlxalq şirkətlər qrupunun tərkibinə daxildir. "NEQSOL Holding"in tərkibində olan şirkətlərin fəaliyyəti Böyük Britaniya, ABŞ, Türkiyə, Azərbaycan, Ukrayna, Gürcüstan, Qazaxıstan, Birləşmiş Ərəb Əmirlikləri və s. ölkələrdə enerji, telekommunikasiya, yüksək texnologiyalar və tikinti sahələrini əhatə edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 gün sonra
- 4 gün sonra
-
3 gün sonra
Dollar ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları ABB mobile tətbiqində
-
-
2 d. əvvəl
Pambıq yığımı başa çatır, sahələrdən 360 min tondan artıq məhsul yığılıb
- 25 d. əvvəl
- 31 d. əvvəl
- 32 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Baku Electronics-də “Şansını Tut” başlayıb - Endirimlərin Sehrinə Hazırsınız?
-
2 saat əvvəl
"iIT Distribution" şirkətinin Azərbaycanda ofisi açılıb, Ölkə ürə meneceri təyin olunub
- 15 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Qızıl və gümüş rekord yenilədi
Suriyada yeni pul vahidi dövrü başlayır
Rəsmi məzənnələr açıqlandı
Ən çox oxunanlar
"iIT Distribution" şirkətinin Azərbaycanda ofisi açılıb, Ölkə ürə meneceri təyin olunub
Tanınmış iş adamı Mikayıl Yusifov mükafata layiq görülüb
Bir sıra məhkəmələrə hakimlər təyin edilib - SİYAHI






















