“Visa”nın Azərbaycan üzrə ölkə meneceri təyin edilib
Visa şirkəti Nurlan Hacıyevin Azərbaycan üzrə menecer vəzifəsinə təyin edildiyini açıqlayıb.
Visa-dan Marja-ya daxil olmuş məlumatda bildirilir ki, Hacıyev, Visa-nın banklara, pərakəndəçilərə və kart sahiblərinə verdiyi dəyəri artıraraq, Azərbaycanda elektron ödəmələr biznesinin inkişafını diqqət mərkəzində saxlayacaq.
“Visa-nın Azərbaycanda biznes inkişafı strukturunda təşkilatı dəyişikliklər şirkətin ölkədə böyük artım iddialarını əks etdirir. Nurlan Hacıyev artıq 9 il ərzində Visa komandasının dəyərli üzvü olaraq, müştərilərlə münasibətlərin möhkəmləndirilməsi, biznes inkişafı strategiyasının qəbulu və icrası məsələləri ilə məşğul olmuşdu. Yeni rolda o, bu işidavam etdirəcək, eləcə də yerli komandanın inteqrasiyasını və uyğunluğunu təmin edəcək. Vəzifə yüksəlişi münasibəti ilə təbrik edirəm!”, – Visa-nın vitse-prezidenti, Azərbaycan və Mərkəzi Asiya üzrə regional meneceri Kristina Doroş söyləyib.
2013 ildə Visa-ya qoşulduqda Nurlan Visa-ya bankçılıq, marketinq, biznes inkişafı və ödəniş kartları sahələrində qazandığı 9 illik təcrübəsini özü ilə gətirdi. Visa-ya gəlməmişdən dərhal öncə Nurlan Hacıyev DəmirBankda ödəniş kartları şöbəsinin rəisi vəzifəsində əkvayrinq, ödəmə məhsulları, ödəniş kartları ilə bağlı risklər və rəqəmsal kanalların inkişafı məsələlərinə cavabdeh idi. DəmirBankdan qabaq Nurlan UniBankda çalışaraq marketinq və biznes inkişafı istiqamətlərini idarə edirdi. Azərbaycan üçün dönüş nöqtəsi olmuş Visa Token Xidmətinin və Apple Pay layihələrinin icrası, ilk B2B Connect xidmətinin təqdim olunması kimi layihələrə töhfə verməklə ilə yanaşı Nurlan sair böyük nailiyyətlərlə də fəxr edə bilər.
“Visa-nın Azərbaycanda biznes inkişafı üzrə direktor vəzifəsində fəaliyyətimin davamı olaraq, Visa komandası ilə birgə ölkədə nağdsız iqtisadiyyatın inkişafını davam etdirmək mənim üçün böyük sevincdir. Son bir neçə ildə işgüzar tərəfdaşlar, müştərilər və tənzimləyici qurumlarla sıx əlaqədə işləyərək, müştərilərə və tərəfdaşlara daha çox fayda vermək, bazarda rolumuzu gücləndirmək, ödəmələrin gələcəyini istiqamətləndirmək və Azərbaycanda innovasiyaların önündə getməkdən iftixar hissi keçirirəm,” – deyərək Nurlan Hacıyev qeyd edib.
Müştərilərin xəbərləri
Türkiyə, Gürcüstan, Özbəkistan kimi ölkələrə gedənlərin nəzərinə: gözlənilməz xərclərə hazırlıqlı olun!
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 5 gün sonra
-
- 3 saat əvvəl
-
3 saat əvvəl
Prezident, birinci xanım və qızları sərgilər ilə tanış olublar
- 4 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
6 saat əvvəl
Bakı Fond Birjasında ticarət dövriyyəsi 12 milyard manata yaxın və ya 43% azalıb
- 8 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Türkiyə, Gürcüstan, Özbəkistan kimi ölkələrə gedənlərin nəzərinə: gözlənilməz xərclərə hazırlıqlı olun!
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 8 GÜN
Azərbaycanın 2 şirkəti ilk dəfə banan yetişdirir
"Expressbank"da yeni təyinatlar olub
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
“Alfa Kapital BOKT”ın mənfəəti 89% artıb
BOKT-un təsisçilərinin pay bölgüsü dəyişib
Kaya Kallas Azərbaycana səfərə gəlib
Paşinyan: Azərbaycanla yolların tam açılacağına şübhəm yoxdur
"FİDAN" MMC 2025-ci il üzrə maliyyə göstəricilərini açıqladı
Mayın 6-da gözlənilən hava şəraiti














.jpg)







