Gəncə şəhərindəki dövlət qulluqçuları barədə bəzi məlumatlar açıqlandı
“Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun qəbulundan ötən dövr ərzində dövlət qulluğu sahəsində geniş qanunvericilik bazası yaradılmış, həyata keçirilmiş islahatlar nəticəsində Azərbaycanda müasir dövlət qulluğu sistemi formalaşmış, dövlət qulluqçularının peşəkarlığının artırılması və sosial müdafiəsinin gücləndirilməsi məqsədilə zəruri addımlar atılmışdır.
Gəncə Şəhər Statistika İdarəsinin yaydığı məlumatda bildirilir ki, 2022-ci il yanvarın 1-nə Gəncə şəhərində dövlət qulluqçularının sayı 380 nəfər olmuşdur ki, onların da 123 nəfərini qadınlar təşkil edir. Dövlət qulluqçularının 1 nəfəri dövlət orqanlarında inzibati vəzifələrin ali - 3-cü təsnifatları, 4 nəfəri 4-cü təsnifatı, 48 nəfəri 5-ci təsnifatı, 11 nəfəri 6-cı təsnifatı, 253 nəfəri 7-ci təsnifatı, 63 nəfəri isə dövlət qulluğunun yardımçı vəzifələri üzrə işləmişdir.
Dövlət qulluqçularının 21 nəfəri 1 ilədək, 117 nəfəri 1 ildən 5 ilədək, 106 nəfəri 5 ildən 10 ilədək, 66 nəfəri 10 ildən 15 ilədək, 70 nəfəri isə 15 il və daha çox qulluq stajına malikdir.
Dövlət qulluqçularının 6 nəfərini 25 yaşadək, 61 nəfərini 25-29 yaşda, 94 nəfərini 30-34 yaşda, 68 nəfərini 35-39 yaşda, 46 nəfərini 40-44 yaşda, 31 nəfərini 45-49 yaşda, 21 nəfərini 50-54 yaşda, 22 nəfərini 55-59 yaşda, 29 nəfərini 60-64 yaşda, 2 nəfərini 65 və yuxarı yaşda olan şəxslər təşkil edir.
Gəncə Şəhər Statistika İdarəsinin rəhbərliyi Azərbaycan Respublikasının dövlət qulluqçularını “23 İyun Dövlət qulluqçularının Peşə bayramı münasibəti” ilə təbrik edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 10 saat əvvəl
-
10 saat əvvəl
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
-
- 13 saat əvvəl
- 15 saat əvvəl
- 16 saat əvvəl
- 16 saat əvvəl
- 16 saat əvvəl
- 16 saat əvvəl
- 17 saat əvvəl
- 17 saat əvvəl
-
17 saat əvvəl
Tramp Avropadan idxal olunan avtomobillərə tətbiq olunan gömrük vergisini 25 faizə qaldırır
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Türkiyənin vitse-prezidenti Ermənistana səfər edəcək
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
ABB-nin tərəfdaşlığı ilə Beynəlxalq Xalça Festivalı başladı
Bu bank pulunuza illik 12% gəlir təklif edir
AZAL Təl-Əvivə uçuşları bərpa edir
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 11 GÜN
ABŞ-ın enerji şirkətlərinin mənfəəti azalıb
Tramp Avropadan idxal olunan avtomobillərə tətbiq olunan gömrük vergisini 25 faizə qaldırır
Azərbaycan neftinin son qiyməti
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 11 GÜN
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
MSolution ISO 27001 sertifikatını əldə etdi və PCI DSS uyğunluğunu yenidən təsdiqləndi
Əraqçi İranın son sülh təşəbbüsləri barədə Bayramova məlumat verib






.jpg)
.jpg)




.jpg)





