5 sığorta şirkətinin ötənilki xalis mənfəəti 5 milyon manatdan çoxdur
Azərbaycanda 5 sığorta şirkətinin ötənilki (xalis) mənfəəti 5 milyon manatdan çoxdur
Azərbaycanda fəaliyyət göstərən 20 sığorta şirkətindən 4-ü ötən ili zərərlə başa vurub.
Bnlar, “Günay Sığorta”, “Bakı Sığorta” və “Atasığorta” ASC-lər, eləcə də Dövlət Sığorta Kommersiya Şirkətidir (“Azərsığorta”).
Qalan 16 sığortaçı müxtəlif məbləğlərdə (xalis) mənfəət əldə edib. Onlardan 5-də sözügedən göstərici 5 milyon manatdan çoxdur. Həmin sığorta şirkətləri “PAŞA Sığorta” (24,634 milyon manat), “PAŞA Həyat Sığorta” (17,714 milyon manat), “Qala Sığorta” (9,373 milyon manat), “Atəşgah Həyat Sığorta” (6,432 milyon manat) və “Xalq Sığorta” (5,029 milyon manat) ASC-lərdir.
Qalan 11 sığorta şirkətindən 5-nin (xalis) mənfəəti 1-5 milyon manat arasında, 6 şirkətin (xalis) mənfəəti isə 1 milyon manatdan azdır.
XXX
Azərbaycanda 11 sığorta şirkətinin mənfəət vergisi ödəmələri azalıb
Azərbaycanda fəaliyyət göstərən 20 sığorta şirkətindən 11-nin ötənilki mənfəət vergisi ödəmələri əvvəlki illə müqayisədə az olub.
Bunlar “Azərbaycan Sənaye Sığorta” (ASS), “PAŞA Həyat Sığorta”, “Meqa Sığorta”, “PAŞA Sığorta”, “İpək Yolu Sığorta”, “Azsığorta”, “A-Qrup Sığorta”, “Atəşgah Sığorta”, “Atasığorta”, “Bakı Sığorta” və “Günay Sığorta” ASC-lərdir.
Ən çox azalma “Atasığorta”, “Bakı Sığorta” və “Günay Sığorta”da (100%), ən az azalma isə ASS-də (0,7%) qeydə alınıb.
3 sığorta şirkəti – Dövlət Kommersiya Sığorta Şirkəti (“Azərsığorta”), eləcə də “Xalq Həyat Sığorta” və “Xalq Sığorta” ASC-lər həm ötən il, həm də əvvəlki il mənfəət vergisi ödəməyiblər. Odur ki, bu şirkətlərin vergi ödəmələrinin dinamikasını hesablamaq mümkün olmayıb.
Qalan 6 sığorta şirkətinin mənfəət vergisi ödəmələri isə artıb. Ən yüksək dinamika “Aqrar Sığorta Müştərək Sığorta Şirkəti” ASC-də (23,6 dəfə), ən aşağı dinamika isə “Atəşgah Həyat Sığorta” ASC-də (29%) qeydə alınıb.
5 sığorta şirkətinin ötənilki mənfəət vergisi ödəmələri 1 milyon manatdan çoxdur
Azərbaycanda 5 sığorta şirkətinin ötənilki mənfəət vergisi ödəmələri 1 milyon manatdan çoxdur
Azərbaycanda fəaliyyət göstərən 20 sığorta şirkətindən 5-i ötən il mənfəət vergisi ödəməyib.
Bunlar Dövlət Sığorta Kommersiya Şirkəti (“Azərsığorta”), eləcə də “Atasığorta”, “Bakı Sığorta”, “Günay Sığorta” və “Xalq Sığorta” ASC-lərdir.
Qalan 15 şirkət isə müxtəlif məbləğlərdə mənfəət vergisi ödəyib. Onlardan 5-də sözügedən göstərici 1 milyon manatdan çoxdur. Həmin sığorta şirkətləri “PAŞA Həyat Sığorta” (5,855 milyon manat), “PAŞA Sığorta” (5,567 milyon manat), “Qala Sığorta” (2,315 milyon manat), “Atəşgah Həyat Sığorta” (1,608 milyon manat) və “Qala Həyat Sığorta” (1,405 milyon manat) ASC-lərdir.
Qalan 10 sığorta şirkətindən 7-nun mənfəət vergisi ödəmələri 100 min manat - 1 milyon manat arasında, 3 şirkətin mənfəət vergisi ödəmələri isə 100 min manatdan azdır.
KREDİTİ ONLAYN əldə et – 20 000 AZN-dək, 0% komissiya
© “Renkinq”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 5 gün sonra
-
-
3 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
- 6 d. əvvəl
- 9 d. əvvəl
- 11 d. əvvəl
-
6 saat əvvəl
Azercell “Great Place to Work®” beynəlxalq sertifikatına layiq görülüb
- 6 saat əvvəl
-
7 saat əvvəl
"FERRUM CAPİTAL"ın istiqrazlarına 50 investor 50 sifariş təqdim edib
-
7 saat əvvəl
AzInTelecom “AI GITEX Kenya 2026” texnologiya sərgisində təmsil olunub
- 7 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 23 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
Bakı–Tbilisi–Bakı marşrutu üzrə bilet satışı başlayıb
Samsung Electronics həmkarlar ittifaqı ilə razılığa gəlib - hər işçiyə 340 min dollar bonus ödəniləcək
"FERRUM CAPİTAL"ın istiqrazlarına 50 investor 50 sifariş təqdim edib
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən edilib
180 manata bilet - Bakı–Tbilisi–Bakı marşrutunda siniflər üzrə gediş haqqı açıqlandı
“Bir Kredit BOKT” 2025-ci il üzrə maliyyə göstəricilərini açıqladı
Goldman Sachs: Qlobal neft ehtiyatları rekord sürətlə azalır
Nvidia gəlirini 85 faiz, xalis mənfəətini 211 faiz artırıb
Mayın 22-də gözlənilən hava şəraiti - BAKIDA İNTENSİV YAĞIŞ YAĞACAQ















.jpg)






