"Gardashlar Mebel" Vaşinqtonda ANAMA-ya dəstək təşəbbüsünə qoşuldu
Azərbaycanın ən böyük mebel istehsalçılarından biri olan “Gardashlar Mebel” şirkəti Vaşinqtonda xeyriyyə tədbirinə qoşulub.(®) 3 May 2022-ci il tarixində Azərbaycan Respublikasının ABŞ-dakı Səfirliyi, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və ABŞ-Azərbaycan Ticarət Palatasının (USACC) təşkilatçılığı ilə Vaşinqton şəhərindəki Kennedi Mərkəzində xeyriyyə tədbiri təşkil olunmuşdur.
The Voice of Orchid (Xarıbülbülün səsi) adlı xeyriyyə konsertində klassik və müasir Azərbaycan musiqisinin məşhur nümunələri səsləndirilmişdir.
Təşkilatçılar bildiriblər ki, xeyriyyə tədbiri Marşal İrsi İnstitutunun (MLI) Azərbaycandakı humanitar səylərinə dəstək məqsədilə gerçəkləşdirilir. Tədbirdən toplanan vəsait Qarabağın işğaldan azad edilmiş ərazilərinin minalardan təmizlənməsinə və insanların həyatını xilas etmək üçün Azərbaycana göndərəcəyi əlavə minaaxtaran itlərin maliyyələşdirilməsinə sərf olunacaq.
“The Voice of Orchid” xeyriyyə tədbirinə qoşulan şirkətlərdən biri də Azərbaycanın ən böyük mebel istehsalçılarından olan “Gardashlar Mebel”dir. Şirkət Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin minalardan təmizlənmə təşəbbüsünə qoşularaq tədbirdə sponsor kimi öz dəstəyini irəli sürmüşdür.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 5 gün sonra
-
14 saat əvvəl
"Uzbekistan Airways" Rusiya şəhərlərinə uçuşların sayını azaldır
-
- 14 saat əvvəl
-
16 saat əvvəl
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
- 16 saat əvvəl
- 16 saat əvvəl
-
1 gün əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
- 1 gün əvvəl
-
1 gün əvvəl
Metro üçün Asiya bankından 180 milyon dollar borc alındı - Kredit sazişi imzalandı
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
İyunun 14-də gözlənilən hava şəraiti
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
Azərbaycan nefti ucuzlaşıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Azərbaycan Banklar Assosiasiyasının rəhbərliyi Türkiyə Bankalar Birliyinin İllik Toplantısında iştirak edib
Bakı Limanında quru yük aşırılması 77% artıb
PAŞA Capital-da yeni təyinat
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
TuranBank beynəlxalq fonddan vəsait cəlb edib
Bakıda HELF/AZHAB Forum 2026 keçiriləcək





















