SOCAR-ın iri zavodu təmirə dayandırılır
Bu ilin avqust ayından Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) "Azərikimya" İstehsalat Birliyinin Etilen-Polietilen Zavodu 40 gün müddətində əsaslı təmirə dayandırılacaq.
Bunu jurnalistlərə zavodun direktoru Oqtay Niftəliyev bildirib:
“Zavod adətən bir ay müddətinə təmirə dayandırılırdı. Bu il isə təmirlə bağlı iş həcmləri həddindən artıq çoxdur. Bu işlər daha çox avtomatika ilə bağlıdır. Belə ki, zavodun turbin kompressorlarının avtomatlaşdırılması və retifikasiya kolonlarının boşqablarının tam müasir boşqablarla əvəz edilməsi işləri görüləcək. Təmir işləri müxtəlif şirkətlərin iştirakı ilə həyata keçiriləcək”.
Onun sözlərinə görə, bu işlər avqustun 10-dan sentyabrın 20-dək davam edəcək.
Zavodun direktoru qeyd edib ki, Etilen-Poletilen Zavodunda həyata keçirilən yenidənqurma işləri çərçivəsində artıq torpaq işləri yekunlaşmaq üzrədir, yenidənqurma isə ümumilikdə 3 il müddətində tamamlanacaq: "Yenidənqurma işlərinin həyata keçirilməsində əsas məqsəd istehsalatın effektivliyinin qaldırılmasıdır. “SOCAR Polymer”in polipropilen müəssisəsi ildə 150 min ton propilen ilə təmin edilməlidir”.
O, zavodda istehsal olunan məhsulun həcmindən də danışaraq qeyd edib ki, hazırda illik 105 min ton polietilen istehsal olunur.
“Azərikimya” 2010-cu ildə SOCAR-ın tərkibinə daxil olandan sonra bir neçə yeni qurğular inşa olunub. Bu yeni qurğuların istifadəyə verilməsi, modernizasiya işlərinin həyata keçirilməsi məhsul artımına təsir edib. Əgər zavodda 2007-2008-ci illərdə 60 min ton polietilen istehsal olunurdusa, hazırda ildə 105 min ton polietilen istehsal olunur. Bu il də hədəfimiz 105 min ton polietilen istehal etməkdir. Hazırda işlər qrafikə uyğun irəliləyir. Ümidvaram ki, ilin sonuna hədəfimizə nail olacağıq”, - deyə O.Niftəliyev qeyd edib.
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 5 gün sonra
-
-
10 saat əvvəl
Naxçıvan və Urumçi şəhərləri arasında iqtisadi əməkdaşlığa dair onlayn görüş keçirilib
-
11 saat əvvəl
Rusiyada təsisçiləri Azərbaycandan olan şirkətlərin sayı artıb
- 12 saat əvvəl
-
12 saat əvvəl
Xarici vətəndaşlar üçün bəzi qoruq və muzeylərə giriş qiyməti dəyişir
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 13 saat əvvəl
-
13 saat əvvəl
Rəşid Behbudovun itmiş rəsmi ABB-nin dəstəyi ilə yenidən yaradıldı!
- 13 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
ABB İnvest “İlin investisiya şirkəti” seçildi
Ən çox oxunanlar
Zərgərlik sahəsində əyar nəzarəti sistemi formalaşdırılır
Rəşid Behbudovun itmiş rəsmi ABB-nin dəstəyi ilə yenidən yaradıldı!
Bakı Limanında rekord nəticə
Sahibkarın 4 milyon manatını ələ keçirməkdə təqsirləndirilən dəstənin məhkəməsi başlayıb
"FINCA Azerbaijan"ın dollar istiqrazlarına 54 investordan 54 sifariş - HƏRRACIN NƏTİCƏSİ
6 faydalı qazıntı yatağı hərraca çıxarılacaq
Paşinyan Azərbaycandan Ermənistana benzin tədarükünü alqışladı



















.jpg)


