Arıçılaq təsərrüfatlarının Qubadlı yaylaqlarına köçünə start verildi
Sabirabad rayonunun Nəsimi kəndində Qubadlıdan olan arıçıların doğma yaylaqlara yola salınması ilə bağlı tədbir keçirilib
Qubadlı rayonunun yaylaqlarına arıçılıq təsərrüfatlarının köçü başlayır. Öz təsərrüfatlarını yaylaqlara köçürmək istəyən fermerlərin müraciətləri əsasında Kənd Təsərrüfatı Nazirliyində müvafiq siyahı hazırlanıb, arıçı fermerlər Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin təşkil etdiyi təlimlərə cəlb olunublar. Təlimlərdə fermerlərə mina və partlamamış sursatla çirklənmiş ərazilərdə davranış qaydaları izah olunub. Fermerlərdən köç edəcəkləri dislokasiya məntəqələrində təlimata uyğun davranacaqlarına dair iltizamnamə alınıb.
Bu gün Sabirabad rayonunun Nəsimi kəndində Qubadlıdan olan arıçıların doğma yaylaqlara yola salınması ilə bağlı tədbir keçirilib. Tədbirdə Kənd Təsərrüfatı Nazirliyinin rəsmiləri, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin Bakı Ofisinin rəhbəri Fatih Yılmaz, Türkiyə səfirliyinin kənd təsərrüfatı üzrə müşaviri Hakan Qələndər, Qubadlı rayon icra hakimiyyətinin rəhbərliyi, Azərbaycan Arıçılar Assosiasiyasının sədri Bədrəddin Həsrətov, Peşəkar Arıçılar Birliyinin rəhbəri Elxan Ələkbərov, Qubadlı rayonundan olan arıçı fermerlər iştirak ediblər.
“Dağ Arıçıları” İctimai Birliyinin rəhbəri Yusif Quliyev tədbir iştirakçılarını salamlayaraq bu günün Qubadlı arıçıları üçün tarixi gün olduğunu bildirib. Qubadlıdan olan arıçıların öz təsərrüfatlarını bu il rayonun yaylaqlarına qaldıracağını deyən Yusif Quliyev bu işdə əməyi olan hər kəsə təşəkkürünü bildirib.
Kənd Təsərrüfatı Nazirliyinin Heyvandarlığın təşkili və monitorinqi şöbəsinin müdiri Eldar Həsənov bildirib ki, ötən il Kəlbəcər və Laçın laylaqlarına arıçılıq və qoyunçuluq təsərrüfatlarının köçürülməsinə dair həyata keçirilmiş pilot layihə uğurla nəticələnib. Layihənin yekun nəticələri təhlil olunduqdan sonra bu ildən arıçılıq təsərrüfatlarının köç edəcəyi yaylaqların siyahısına Qubadlı rayonunun yaylaqları da əlavə olunub. Bununla da 30 ilə yaxın fasilədən sonra Qubadlıdan olan arıçılar öz təsərrüfatlarını doğma yaylaqlara köçürmək imkanı əldə edirlər.
Tədbirdə çıxış edən TİKA-nın Bakı Ofisinin rəhbəri Fatih Yılmaz iki ölkə arasında əlaqələrin daim inkişaf etdiyini deyərək, təmsil etdiyi qurumun Azərbaycanda bir çox sahələrdə olduğu kimi, kənd təsərrüfatı sahəsində də layihələr həyata keçirdiyini deyib. Bu layihələr çərçivəsində Azərbaycanın müxtəlif bölgələrində arıçılıq təsərrüfatlarına texniki dəstək göstərilib. “Dağ Arıçıları” İctimai Birliyi TİKA tərəfindən xüsusi konteynerlərlə təchiz olunub, birliyin məhsullarının qablaşdırılmasına köməklik göstərilib. Təsərrüfatlardakı arı ailələri Qubadlı yaylaqlarına bu konteynerlərdə köçürüləcək. Fatih Yılmaz Qubadlı arıçıları üçün xüsusi əhəmiyyət kəsb edən bu gündə arıçıların sevincini bölüşməkdən məmnunluq duyduğunu deyib, arıçılara hər zaman dəstək olacaqlarını vurğulayıb.
Türkiyə səfirliyinin kənd təsərrüfatı üzrə müşaviri Hakan Qələndər iki ölkə arasında aqrar sahədə əməkdaşlığın bütün istiqamətlərdə inkişaf etdiyini deyib. Azərbaycanla Türkiyə arasında kənd təsərrüfatı sahəsində əməkdaşlığa dair imzalanmış memorandum və sazişləri xatırladan müşavir nəzərdə tutulan bütün istiqamətlər üzrə birgə fəaliyyətin davam etdiyini deyib. Hakan Qələndər Qubadlı arıçılarının öz təsərrüfatlarını 30 illik fasilədən sonra doğma yaylaqlara köçürməsi münasibətilə təbrik edib.
Daha sonra tədbir iştirakçıları Qubadlı rayonundan olan arıçıların təsərrüfatlara baş çəkib, arı ailələrinin köçə hazırlıq prosesini izləyiblər.
Bu il Qubadlı rayonuna 38 arıçılıq təsərrüfatının köçürülmsəi nəzərdə tutulub. Ümumilikdə Qubadlı yaylaqlarına 2207 arı ailəsi köçürüləcək. Arı ailələri Qubadlı şəhər mərkəzinin ətrafında, Qazyan, Muradxanlı, Xanlıq, Mollu, Hal, Mahmudlu, Bəxtiyarlı, Tatar, Qaraçalı və Zilanlı kəndlərində yerləşdiriləcək. Nazirlik tərəfindən yaylaq mövsümü ərzində Qubadlı rayonuna köçürülmüş təsərrüfatların daimi monitorinqi aparılacaq.
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 23 saat sonra
-
-
5 d. əvvəl
Bəzi rayonlarda beş gün yağış yağacaq, dolu düşəcək, daşqın olacaq - XƏBƏRDARLIQ
- 17 d. əvvəl
- 19 d. əvvəl
-
1 saat əvvəl
Meqa Sığorta Qrupunun Sumqayıt filialı yeni konsepsiyada istifadəyə verilib
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
"Ələt Azad İqtisadi Zonasında istehsalın azı 75 %-nin ixrac edilməsi hədəflənir"
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
Yenidən 150 dollar ssenariləri gündəmdədir
Ələtdə yük hava limanı gələn il istifadəyə veriləcək
Ən çox oxunanlar
Keyfiyyətsiz un sahibkarın qazancını necə “yeyir”?
Mərkəzi Bank daha bir beynəlxalq təşkilata üzv olub
Bakı-Qəbələ-Bakı qatarları Ucar stansiyasında da dayanacaq






















