"Niyə MTK-lar insanlardan nağd pul toplamalıdırlar?"
MTK-lərin fəaliyyətinin şəffaflaşdırılması üçün onlara olan bütün ödənişlərin nağdsız aparılmasının təmin edilməsi də vacibdir.
“Marja” xəbər verir ki, bunu tanınmış iqtisadçı Vüqar Bayramov bildirib.
“Qanunvericiliyə dəyişiklik edilməsi və MTK-lara nağdlı ödənişlərin qadağan edilməsinə ehtiyac var. Əgər bu gün çox fərqli xidmətlər, hətta sığorta ödənişləri yalnız nağdsız aparılırsa niyə MTK-lər insanlardan nağd pul toplamalıdırlar? Hər bir MTK-nin bank hesabı var və ödənişin də yalnız banklar vasitəsi ilə aparılması təmin edilməlidir. Nəticədə, bu onların tələb etdiyi haqqların məbləğini müəyyənləşdirməyə və vergindən yayınmanın qaşısının alınmasına imkan yaratmaqla yanaşı, həm də onların fəaliyyətində şəffaflığın gücləndirilməsinə səbəb ola bilər.
Eyni zamanda, yeni qaydaların icrasına nəzarətin gücləndirilməsinə də ehtyac var. Bu baxımdan, bu sahədə insitutsional dəyişikliklərin olması və nəzarət mexanizminin təkmilləşdirilməsi vacibdir ki, MTK-lar vətəndaşlarından yüksək ödənişlər tələbİni davam etdirməsinlər".
Qeyd edək ki, bir neçə gün öncə Vüqar Bayramlı Mənzil-Tikinti Kooperativlərinin (MTK) vətəndaşlardan yüksək ödəniş tələb etməsi ilə bağlı açıqlama vermişdi:.
MTK-lar şişirdilmiş “kommunal pulu” müəyyənləşdirirlər - QANUNİDİR?
Mənzil-Tikinti Kooperativlərinin (MTK) əksəriyyəti heç bir iqtisadi səbəb olmadan “kommunal pulu” adlandırdıqları aylıq ödənişlərin məbləğlərini son günlər daha da artırıblar. Bu isə bir sıra yeni inşa edilmiş yaşayış binalarında sakinlər ilə MTK sahibləri arasında narazılığa səbəb olub. Hətta bəzi MTK sahibləri “bir az da uzağa gedərək” hər evin kvadrat metri üçün aylıq 1 manat 50 qəpik ödəniş təyin ediblər. Bu isə o deməkdir ki, 130 kvadrat metrlik 3 otaqlı mənzil sahibi ayda 200 manata yaxın “kommunal pulu” ödəməlidir. Əsalandırılması mümkün olmayan ödəniş məbləğidir.
"Marja" xəbər verir ki, tanınmış iqtisadçı Vüqar Bayramov məsələlərə aydınlıq gətirib:
- Əvvəlla, MTK-lar bu məbləğdə ödəniş tələb edə bilərlərmi? Qanunvericilik nə deyir? Bərmənalı şəkildə, MTK sahibləri “havadan götürülmüş rəqəmlərə” söykənib aylıq ödəniş tələb edə bilməzlər. Ümumiyyətlə, MTK sahibləri ayrıca, yəni sakinlərin və ya onların təmsilçilərinin razılığı olmadan sərbəst şəkildə aylıq ödəniş məbləğini müəyyənləşdirmək hüququna malik deyillər. Mənzil Məcəlləsinin 109.5-ci maddəsində qeyd edilir ki, “kooperativ binanın tikintisi və yenidən qurulması tam başa çatdıqdan, həmin binada mövcud olan bütün yaşayış və qeyri-yaşayış sahələrinə mülkiyyət hüququ qanunvericilikdə müəyyən olunmuş qaydada mənzil-tikinti kooperativinin üzvlərinə keçdikdən sonra, altı ay ərzində mənzil-tikinti kooperativi qanunvericiliklə müəyyən olunmuş qaydada ləğv edilməli və ya mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinə çevrilməlidir”.
25 İLLİK DÖVLƏT İPOTEKASI İLƏ MƏNZİLLƏR
Elə həmin məcəlləyə əsasən, “yeni binalarda daşınmaz əmlak kompleksini birgə idarə etmək, çoxmənzilli binanın ümumi əmlakının istismarını, ona sahibliyi, ondan istifadəni və qanunvericiliklə müəyyənləşdirilmiş hədlərdə barəsində sərəncam verilməsini təmin etmək məqsədilə çoxmənzilli binanın sahə mülkiyyətçilərinin könüllü birliyi mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti hesab edilir”. Bu isə o deməkdir ki, bina istifadəyə verildikdən 6 ay sonra idarəetmədə həmin tikilidəki mənzil sahibləri də iştirak etməlidirlər. Təəssüf ki, bu qaydalar təhvil alınmış, yəni dövlət qeydiyyatı olan binalara aid hesab edildiyindən, “kupçasız binalar” bu şərtləri çox əksər hallarda pozurlar.
Daha konkret, aylıq ödənişlərə gəldikdə isə, mövcud qanunvericiliyə əsasən, dövlət mənzil fondu üzrə yaşayış sahələrinə görə haqqın miqdarı özəl mənzil fondu üzrə isə mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti və ya ixtisaslaşmış istehlak kooperativi tərəfindən müəyyən olunur. Yəni, MTK sahibləri bina sakinlərinin razılaşmadığı aylıq ödəniş məbləği təyin edə bilməzlər. Amma problem ondadır ki, indiyədək cəmi 43 Mənzil Mülkiyyətçiləri Müştərək Cəmiyyəti qeydiyyatdan keçib. Deməli, böyük əksəriyyət binalarda belə cəmiyyətlər fəaliyyət göstərmir. Və deməli, əksər MTK sahibləri özləri şişirdilmiş aylıq ödənişlər müəyyənləşdirirlər.
Problemi necə həll etmək mümkündür?
Təbii ki, daha məqsədə uyğunu kommunal xidmətlər ilə təmin edilmiş və tam yaşayışlı binalar daha sadə şərtlər ilə dövlət qeydiyyatına alınıb, “kupça” ilə təmin olunsunlar ki, sözügedən tikililərdə belə cəmiyyətləri formalaşdırmaq mümkün olsun. Bununla belə, qanunvericilik ilə kommunal xidmətlər ilə təmin edilmiş, amma hələlik dövlət qeydiyyatına alınmayan binalar üçün də Mənzil Mülkiyyətçiləri Müştərək Cəmiyyətlərinin yaradılması məcburi hala gətirilə bilər.
Digər tərəfdən, əksər MTK sahiblərinin yüksək aylıq ödənişlər müəyyənləşdirildiyini nəzərə alsaq o zaman Nazirlər Kabineti tərəfindən maksimum aylıq ödənişlərinin tətbiq edilməsi məqsədə uyğun olardı. Bu zaman, MTK sahibləri istədikləri rəqəmi aylıq ödəniş kimi elan edə biməyəcəklər. Bütün hallarda, aylıq ödənişlərin əhalinin ödəmə qabiliyyətinə uyğunlaşdırılmasına ehtiyac var. Və deməli, aylıq haqqların müəyyənləşdirilməsin nəzarətin gücləndirilməsi oldquca vacibdir. Hüquqi baza və nəzarəti gücləndirməklə bir sıra MTK sahiblərinin müəyyənləşdirdiyi şişirdilmiş aylıq ödəniş problemini həll etmək mümkündür.
TAM TƏMİRLİ 1 OTAQLI MƏNZİL AYLIQ 377 MANATA!
Müştərilərin xəbərləri
ABB istiqrazlarına abunə yazılışı başa çatıb - Sifarişlər təklifi 5 dəfə üstələyib, 503 fiziki şəxs əldə edib
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 8 saat əvvəl
-
8 saat əvvəl
AZCON Holding və özəl investor anlaşdı - Birgə şirkət yaradılacaq, 10-a yaxın gəmi inşa ediləcək
-
-
11 saat əvvəl
Əhalinin icbari tibbi sığortası sahəsində səlahiyyətlər bu Nazirliyə həvalə edildi - FƏRMAN
-
11 saat əvvəl
Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavinlərinin sayı artırılıb
-
11 saat əvvəl
Sığortaolunanların dərman və tibb vasitələrlə təmin edilməsi üzrə öhdəlikləri TƏBİB-ə keçir
- 12 saat əvvəl
-
12 saat əvvəl
Avropa Mərkəzi Bankı İran müharibəsi fonunda faizlərini dəyişmədi
- 13 saat əvvəl
-
13 saat əvvəl
ABB istiqrazlarına sifarişlərin 97%-i tətbiq üzərindən edilib
-
13 saat əvvəl
Bankın 10 milyon manatlıq istiqrazlarına 503 investordan 587 sifariş
-
13 saat əvvəl
Unibank Qlobal Pul Həftəsi çərçivəsində məktəblilər üçün tədbir keçirib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Tramp: Netanyahuya İranın enerji obyektlərini vurma dedim
Sığortaolunanların dərman və tibb vasitələrlə təmin edilməsi üzrə öhdəlikləri TƏBİB-ə keçir
Avropa Mərkəzi Bankı İran müharibəsi fonunda faizlərini dəyişmədi
Bankın Gəncədə 2-ci filialı fəaliyyətə başladı
Ən çox oxunanlar
ABB istiqrazlarına sifarişlərin 97%-i tətbiq üzərindən edilib
Bankın 10 milyon manatlıq istiqrazlarına 503 investordan 587 sifariş
ABB istiqrazlarına abunə yazılışı başa çatıb - Sifarişlər təklifi 5 dəfə üstələyib, 503 fiziki şəxs əldə edib
Dolların 31 Mart üçün rəsmi məzənnəsi müəyyən olunub
Lizinq şirkətinin 15 % gəir təklif edən istiqrazlarına abunə yazılışı başlayır - TARİX
ABB-eSİM xidməti istifadəyə verildi!



















