Əvvəlkindən daha yaxşı, sonuncudan daha sərfəli - FOTO
(®) Niyə ən son “iPhone SE”-dək yenilənmək lazımdır?
“iPhone SE” smartfonlarının üçüncü nəslinin bazara çıxması yalnız ilk baxışdan ötəri hadisə kimi görünə bilər. Əslində isə, bu, getdikcə daha da uzanan böhran şəraitində xərclərin optimallaşdırılması üçün əla variantdır.
- Yeni SE modelinin yaxşı tərəfləri hansılardır?
- Köhnə cihazlardan fərq nədədir?
- Bəs “iOS” əməliyyat sisteminin üstünlükləri hansılardır?
- Yeni SE modeli mənə uyğundurmu?
Kompakt telefon həvəskarlarının yüksək qiymətləndirdiyi bütün xüsusiyyətlər üçüncü nəsil “iPhone SE” smartfonunda saxlanılıb: səliqəli korpus, rahat 4,7-düymlük ekran və Touch ID funksiyasına malik tanış “Home” düyməsi.
Əsas yenilik 16 nüvəli “Neural Engine” neyroprosessoru ilə təchiz edilmiş günümüzün ən güclü “Bionic A15” çipidir. “iPhone 13” smartfonları da eyni çiplə təchiz edilmişdir. Bu, tətbiqlərin, o cümlədən oyunların maksimum iş sürəti, kəsintisiz animasiya və ümumilikdə, ən yüksək məhsuldarlıq deməkdir. Bütün bunlara baxmayaraq, “iPhone SE” hələ də “Apple” cihazları arasında ən münasib qiymətli məhsul olaraq qalmaqdadır.

Yeni model, həmçinin, aşağıdakı üstünlüklərə malikdir:
- 4 GB-lıq operativ yaddaş həcmi.
- 5G dəstəyi.
- Telefonun arxasında və önündə yerləşdirilmiş, indiyədək mövcud olan ən möhkəm şüşə.
- Zəngin rəng çalarları: rəng palitrasına göyümtül-qara “Midnight”, qızılı “Starlight” və parlaq qırmızı (PRODUCT)RED kimi rəng çalarları daxildir.
“iPhone SE” smartfonu texniki xüsusiyyətlərinə görə “Apple” brendinin 2018-ci ildən əvvəlki cihazlarından, çipin gücünə görə isə bütün cihazlarından qat-qat üstündür.
Belə bir kiçik korpusda bu cür daxili hissələr yerləşdirilsə də, “Apple” iş saatını 15 saatlıq fasiləsiz video yayımlanmasınadək artıra bilib.

Yeni “iPhone SE” smartfonunun 1 ədəd əsas kamerası olsa da, prosessorun gücü sayəsində çəkiliş keyfiyyəti və istifadədən alacağınız təəssürat digər modellərdən heç də geri qalmır. Ən yeni “Deep Fusion” funksiyaları və fotoşəkil üslubları müsbət tərəflər hesab olunur.
2018-ci ildən sonrakı bütün modellər kimi yeni “iPhone SE” də 2 sim-kartı dəstəkləyir. Bunlar fiziki nano-SIM və rəqəmsal e-SIM kartlarıdır.
Yenilənmiş “iPhone SE” modelini “Apple” şirkətinin Azərbaycanda rəsmi resellerlərindən əldə etmək olar:
Alma Store, Kontakt Home, İrşad, Myshops, Baku Electronics, Maxi.az, Shopstore, Azercell.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
-
6 gün sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 6 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Bank borcunu ödəməyənlərlə bağlı - Yeni qayda
Avropada təbii qazım qiyməti kəskin düşdü
Baku Electronics-də sərfəli endirim havaları davam edir!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər
















.jpg)






