Maye qaz biznesilə məşğul olan aparıcı şirkət gəlirlərini və mənfəətini açıqlayıb
Azərbaycan ərazisində maye qazın nəql edilməsi və bölüşdürülməsi, qaz balonlarının təmiri və sınağı üzrə xidmətləri üzrə aparıcı şirkət olan “Məişət Maye Qaz” QSC 2021-ci ili 2 milyon 408 min manat xalis mənfəət ilə başa vurub. Şirkət 2020-ci ili 2 milyon 721 min manat xalis mənfəət ilə bağlamışdı.
Marja.az şirkətin maliyyə hesabatlarına istinadən xəbər verir ki, 2021-ci ildə “Məişət Maye Qaz” şirkətinin cəmi əməliyyat gəlirləri 29 milyon 518 min manat, cəmi əməliyyat xərcləri 26 milyon 508 min manat, əməliyyat mənfəəti 3 milyon 10 min manat təşkil edib. Şirkət əməliyyat mənfəətindən 602 min manat mənfəət vergisi ödənilib.
Xatırladaq ki, 2020-ci ildə “Məişət Maye Qaz” şirkətinin cəmi əməliyyat gəlirləri 25 milyon 173 min manat, cəmi əməliyyat xərcləri 21 milyon 771 min manat, əməliyyat mənfəəti 3 milyon 402 min manat, ödənilmiş mənfəət vergisi 680 min manat təşkil etmişdi.
“Məişət Maye Qaz” QSC-nin nizamnamə kapitalının 99,5967%-i “Femida” Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsusdur.
Müştərilərin xəbərləri
"MegaSec" şirkətinin nümayəndə heyəti Özbəkistanın Rəqəmsal texnologiyalar naziri ilə strateji görüş keçirib
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 1 həftə sonra
-
45 d. əvvəl
"Azərsun Holdinq"in xarici ticarət şirkətinin ixracı 10 milyon dolları keçib
-
-
49 d. əvvəl
Azərbaycanın böyük fındıq emalı və ixracatçısı xaricə satışını 22% artırıb
-
52 d. əvvəl
“PRIME LM” 12,8 milyon dollarlıq ixracla reytinqə daxil olub
- 53 d. əvvəl
- 55 d. əvvəl
- 57 d. əvvəl
- 59 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Azərbaycan Şəkər İstehsalat Birliyi”nin ixracı 4 dəfə artıb
- 1 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 11 GÜN
“TABATERRA”nın ixracı 60%-dən çox artıb
“Baku Steel Company”nin ixracı 72%-dən çox artıb
“AGRARCO” ixracını 4 dəfədən çox artırıb
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
“Azərbaycan Şəkər İstehsalat Birliyi”nin ixracı 4 dəfə artıb
“Prime Cotton” şirkətinin ixracı 64 milyon dolları keçib
Azərbaycanda qızıl və mis istehsalçısının ixracı 4 dəfədən çox artıb
Bakı–Tbilisi–Qars dəmir yolu modernləşdirilmədən sonra istifadəyə verildi, qatar yola düşdü

























