Azercell-dən tam yeni iPhone modellərinin satışına başladı
Azercell-dən yeni iPhone 13 modelləri alana 50GB internet paketi hədiyyə!(©) Apple Inc. şirkətinin Azərbaycandakı eksklüziv telekommunikasiya tərəfdaşı “Azercell Telekom” aprelin 1-dən etibarən tam yeni iPhone cihazlarını sifariş etmək imkanını yaradır. iPhone SE, iPhone 13 Green, iPhone 13 mini Green, iPhone 13 Pro Alpine Green və iPhone 13 Pro Max Alpine Green kimi möhtəşəm və ən yeni iPhone modellərini Azercell Eksklüziv mağazalarından əldə etmək mümkündür.
iPhone həvəskarlarını sevindirərək mobil operator Apple istehsalı olan yeni nəsil cihazları ilə ölkənin ən yüksək keyfiyyətli 4G şəbəkəsi vasitəsilə inanılmaz internet sürətini yaşamaq fürsətini yaratmaqdan məmnundur. Aparıcı mobil operator iPhone Green və iPhone SE modellərindən hər hansı birini əldə edən müştərilərə 50GB həcmində internet paketinə 3 aylıq abunəlik təqdim edir.
Qeyd olunan Apple smartfonlarını əldə etmək üçün müştərilərimiz aprelin 1-dən etibarən istənilən Azercell Eksklüziv mağazasına yaxınlaşa bilər.
Ən müasir texnologiyanı istifadəçi rahatlığı ilə bir araya gətirən yeni iPhone modelləri “Super Retina XDR” displeyləri, enerjiyə qənaət etməyə imkan verən batareya, daha səmərəli A15 çipi və sürətli enerji toplama sistemi ilə təchiz olunmuşdur.
Daha ətraflı məlumat üçün https://bit.ly/smartphones_az saytına daxil ola bilərsiniz.
Müştərilərin xəbərləri
METAK və VFK Azərbaycanda ilk polistirol qablaşdırma istehsalının yaradılması üzrə əməkdaşlıq sazişi imzalayıblar
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
2 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
- 10 saat sonra
-
-
44 d. əvvəl
PAŞA Bank: 18 iyunda yeni səhmlərin Bakı Fond Birjasında yerləşdirilməsinə start verilib
-
5 saat əvvəl
ABB istiqrazlarına yüksək investor marağı davam edir: sifarişlər təklifi 2 dəfə üstələdi
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
6 saat əvvəl
OPEC 2050-ci ilədək qlobal enerji istehlakının 23% artacağını gözləyir
- 6 saat əvvəl
-
7 saat əvvəl
Mərkəzi Bank “Baku Pay” və “Fizza Pay” şirkətlərinə icrası məcburi göstəriş verib
-
7 saat əvvəl
ABB istiqrazlarına investor axını: tələb buraxılış həcmini 2 dəfə üstələdi
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
Ərzaq təhlükəsizliyinin əsas məhsulu üzrə idxal artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
"Hazırda bu göstərici təxminən 14–15 milyon ton təşkil edir və biz bu rəqəmi ikiqat artırmağı hədəfləyirik"
Norm Ustalar Klubunun üzvləri praktik imtahanı uğurla başa vurublar
"Sumqayıt Yeni Tullantı Sutəmizləyici Qurğunun tikintisi" üzrə kredit sazişi imzalanıb
Azərbaycan xaricdən geyim alışını azaldıb - İdxalı 14 milyon azalaraq 167 milyon dollara düşüb
“Sea Breeze Arena”nın tikintisi üzrə müqavilə imzalanıb


























