Rusiyada dollar ucuzlaşmaqda davam edib
Moskva birjasının valyuta hərracları dolların məzənnəsi 0,82% ucuzlaşma ilə bağlanıb, avronun məzənnəsi 0,05% bahalaşıb. "BCS World of Investments" şirkətinin analitiki Denis Buivolov deyir ki, müvəqqəti məhdudiyyətlər götürüldükcə və geosiyasi mənzərə dəyişdikcə, məzənnənin dəyişməsi amplitudası arta bilər.Ticarət platformasının məlumatına görə, Moskva birjasında valyuta hərraclarının bağlanışında dolların məzənnəsi 0,82% ucuzlaşaraq 84,55 rubl, avronun məzənnəsi 0,05% artaraq 94,15 rubl olub.
"Dollar/Rubl məzənnəsində 80 səviyyəsi Rusiya valyutasının möhkəmlənməsi üçün mühüm hədd kimi qiymətləndirilir, lakin dollar-rubl cütlüyünün 100 rubl və yuxarı səviyyəyə qayıtması üçün heç bir məhdudiyyət yoxdur" - "BCS World Investment"in analitiki Denis Buivolov deyir.
Ekspert qeyd edib ki, Rusiya və Ukrayna arasında danışıqlar prosesində irəliləyiş, Mərkəzi Bankın stabilləşdirici tədbirləri (şirkətlər üçün ixrac valyuta gəlirlərinin 80%-ni satması tələbi, valyuta alışına məhdudiyyətlər), idxalın və xaricə turizmin azaldılması, xammalın yüksək qiymətləri, Moskva Fond Birjasında səhmlərin ticarətinin bərpası və təbii ki, dost olmayan ölkələrə verilən qazın pulunu rubl ilə köçürülməsi ideyası rublun bahalaşmasına dəstəkdir.
O hesab edir ki, gələcəkdə müvəqqəti məhdudiyyətlər götürüldükcə və geosiyasi mənzərə dəyişdikcə, məzənnə dəyişikliyinin amplitudası arta bilər.
Yaxın bir neçə gün üçün dollar üzrə "BCS World of Investments"in proqnozu 80-95 rubldır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 22 saat sonra
- 2 d. əvvəl
-
- 15 d. əvvəl
- 18 d. əvvəl
-
33 d. əvvəl
Microsoft-dan 150 min dollar "Azure Credits" cəlb edən ilk Azərbaycan Aİ-startapı
- 49 d. əvvəl
- 54 d. əvvəl
-
1 saat əvvəl
“PAŞA Bank”dan İlkin Kütləvi Təklif üzrə 18,7 milyon manatlıq səhm buraxılışı
- 1 saat əvvəl
-
1 saat əvvəl
Minatəmizləmə zamanı həlak olanların övladlarının təhsil haqqı dövlət büdcəsindən ödəniləcək
- 1 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
Azərbaycanda Vakansiyalar - Azvak.az
AccessBank-dan “Gül kimi” təklif
"PAŞA Bank"ın səhmdarlarının pay bölgüsü dəyişə bilər
Azərbaycan Banklar Assosiasiyasının nümayəndə heyəti Pekində - Strateji tərəfdaşlıq məsələlərini müzakirə edib
Ən çox oxunanlar
Minatəmizləmə zamanı həlak olanların ailə üzvlərinin vergi tutulmalı olan aylıq gəlirləri 400 manat azaldılacaq
Minatəmizləmə zamanı həlak olanların övladlarının təhsil haqqı dövlət büdcəsindən ödəniləcək
“Premium Bank”da yeni təyinat
Abu Dabidə hücumdan sonra qaz zavodunun fəaliyyəti dayandırılıb
"Agro Dairy" Azərbaycanda ilk dəfə SAP S/4HANA Private Cloud ERP sistemini uğurla tətbiq etdi
Ev sahibləri leysan yağışlarına görə neçə manat zərər çəkdi? Kimlərin xərcini sığorta ödəyəcək?
Xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı artıb
Aprelin 4-də gözlənilən hava şəraiti




















