KPMG Rusiya və Belarusdakı filiallarını bağlayır
KPMG audit şirkəti Ukrayna ətrafında baş verən hadisələrlə əlaqədar Rusiya və Belarusdakı filiallarının fəaliyyətini dayandırır.
Marja xəbər verir ki, şirkət bu barədə bazar günü Twitter-də məlumat yayıb.
KPMG bəyan edib ki, digər qlobal şirkətlərlə yanaşı, o, Rusiyanın Ukraynada davam edən hərbi əməliyyatına cavab verməyə borcludur. “Nəticədə bizim Rusiya və Belarus filiallarımız KPMG şəbəkəsini tərk edəcək”, - deyə şirkətin açıqlamasında bildirilir.
“KPMG-də Rusiya və Belarusda 4500-dən çox işçi çalışır və onlarla iş münasibətimizə son qoymaq inanılmaz dərəcədə çətindir”, – şirkətdən bildiriblər.
KPMG "bu qərardan təsirlənən keçmiş həmkarlarına müvəqqəti dəstək vermək üçün mümkün olan hər şeyi edəcəyini" qeyd edib.
KPMG Deloitte, Ernst & Young və PwC ilə birlikdə qlobal dörd böyük audit şirkətindən biridir.
Fevralın 24-də Rusiya prezidenti Vladimir Putin qondarma Donbass respublikalarının rəhbərlərinin kömək üçün müraciətinə cavab olaraq xüsusi hərbi əməliyyat elan edib. O vurğulayıb ki, Moskvanın planlarına Ukrayna ərazilərinin işğalı daxil deyil, məqsəd ölkənin demilitarizasiyası və deazifikasiyasıdır. Bundan sonra ABŞ, Avropa İttifaqı, Böyük Britaniya, eləcə də bir sıra digər dövlətlər Rusiyanın fiziki və hüquqi şəxslərinə qarşı sanksiyalar tətbiq etdiklərini bəyan ediblər. Microsoft, IKEA, H&M və Siemens də daxil olmaqla bir çox iri şirkətlər Rusiyadakı fəaliyyətlərini məhdudlaşdırdıqlarını bildiriblər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 1 gün sonra
-
- 11 d. əvvəl
- 19 d. əvvəl
- 36 d. əvvəl
-
39 d. əvvəl
1 Mayın hava proqnozu - BAKIDA 19 DƏRƏCƏYƏDƏK, RAYONLARDA 25 DƏRƏCƏYƏDƏK İSTİ GÖZLƏNİLİR
-
40 d. əvvəl
Qeyri-neft ixracında lider dəyişib - İlk onluğun ümumi ixracı 2 dəfədən çox artıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 13 GÜN
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
“Prime Cotton” şirkətinin ixracı 2 dəfəyə yaxın artıb
Azərbaycanda qaz hasilatı cüzi artıb
İxracdan ən çox qazanan Azərbaycan şirkətləri - SİYAHI
Ən çox oxunanlar
Qızıl 1-ci, fındıq 2-ci, mis filizləri 3-cü yerdə qərarlaşıb - Qeyri-neft sektoru üzrə ixrac açıqlandı
Türkiyənin turizm gəlirləri 4,2% artıb
Volkswagen-in gəlirləri və mənfəəti azalıb
"Stellantis" şirkətinin səhmləri 1-ci rübün nəticələrdən sonra 7%-dən çox ucuzlaşıb
“Kredaqro” BOKT-ın vəzifəli şəxsi cərimə edilib
"Neftin qiyməti 140–150 dollar səviyyələrinə qədər yüksələ bilər"






.jpg)







.jpg)








