Çin 2022-ci ildə hərbi büdcəsini 229 milyard dollara çatdıracaq
İctimai təhlükəsizlik xərcləri 30,8 milyard dollara qədər artırılacaqÇin hakimiyyəti 2022-ci ildə müdafiə xərclərini 7,1% artıraraq 1,451 trilyon yuana (təxminən 229,07 milyard dollar) çatdırmaq niyyətindədir.
Marja xəbər verir ki, bu barədə şənbə günü 13-cü çağırış Ümumçin Xalq Nümayəndələri Konqresinin (MPK) beşinci sessiyasının açılışında yayılan ölkənin büdcə layihəsində deyilir.
"Milli müdafiə xərcləri 7,1% artımla 1 450,45 milyard yuan nəzərdə tutulur", - sənəddə deyilir. İctimai təhlükəsizlik xərcləri 4,7% artırılaraq 194,993 milyard yuana (təxminən 30,8 milyard dollar) çatacaq.
2021-ci ildə Çin müdafiə xərclərini 6,8% artıraraq 1,356 trilyon yuana (məlumatların dərc edildiyi vaxtdakı məzənnə ilə təxminən 209 milyard dollar) çatdırmışdı.
Bir çox beynəlxalq təşkilatlar, o cümlədən Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutu (SIPRI) hesab edir ki, Çin hərbi büdcə ilə bağlı rəsmi məlumatları əhəmiyyətli dərəcədə aşağı qiymətləndirir və onun real həcmi 25-50% daha yüksək ola bilər. Təhlilçilərin fikrincə, dərc edilmiş məlumatlara bir neçə çox vacib bənd daxil edilmir: strateji qüvvələrə xərclər, müdafiənin elmi və texniki inkişafı, xarici silahların idxalı, Xalq Silahlı Polisi (daxili qoşunların analoqu) və digər hərbiləşdirilmiş silahlı birləşmələr.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
5 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 5 gün sonra
- 1 gün sonra
-
- 1 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycanda ödənişli hərbi xidmət olacaqmı? Generaldan konkret cavab
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Xərçəng iddiası ilə bağlı məhkəmə işində “Bayer” şirkətinin xeyrinə qərar verildi
- 2 gün əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Azərbaycanda investisiya vərdişləri necə inkişaf edə bilər?
"Attestatla qəbul haqqında reklamlara tez-tez rast gəlirik. Burada məqsəd nədir: Savad və bilik əldə etmək, yoxsa müddətli həqiqi xidmətdən yayınmaq?"
Qızıl gətir, sərfəli kredit götür!
Ən çox oxunanlar
ABŞ, Trampın Tehranı Hörmüz boğazında atəşkəsi pozmaqda ittiham etməsindən sonra İrana zərbələr endirib
Ağ Evdən OpenAI-a GPT-5.6 göstərişi
Qazaxıstan Azərbaycandan aviasiya yanacağı idxalına başlaya bilər
Gürcüstan Azərbaycandan 2 milyard kubmetrdən çox təbii qaz tədarükünə dair zəmanət əldə edib



























