Azərbaycan startapı Almaniya bazarına daxil olur
“Baku Business Factory”nin (BBF) rezidentlərindən olan “Eventwex” (Elektron Bilet Sistemi – Event Web Express) layihəsinin müəllifləri mayın 8-dən iyunun 2-ə qədər Almaniyada səfərdə olub.
Bu barədə layihənin müəllifi və baş icraçı direktoru (Founder and CEO) Pərvin Əmirov deyib.
P.Əmirovun sözlərinə görə, səfər Bakı Biznes Tədris Mərkəzi və Almaniya Beynəlxalq əməkdaşlıq Cəmiyyəti (GIZ) tərəfindən təşkil edilmişdi:
“Azərbaycanın biznes ictimaiyyətində menecerlərin ixtisasının artırılması üzrə Almaniya-Azərbaycan birgə proqramı” çərçivəsində sahibkarların və menecerlərin 2017-ci ildə Almaniyada iqtisadi korporasiya üzrə 1 ay müddətində ixtisasartırma kursunda iştirakı məqsədi ilə keçirilən müsabiqəyə dəvət olunduq. Səfər çərçivəsində Almaniya hökuməti bizim oradakı potensial müştərilər, potensial tərəfdaşlarla əlaqə yaratmağımız üçün şərait yaradırdır. Məsələn biz Münhendəydik, amma potensial müştərilərimiz Berlin, Frankfurt və başqa şəhərlərdə idi. Ora gedib gəlmək, qalmaq üçün bütün xərcləri GIZ öz üzərinə götürmüşdü. Bizə yaratdıqları şəraitə görə, GIZ-ə təşəkkür edirəm. Hər şey yüksək səviyyədə təşkil edilmişdi. Həmçinin BBF və Bakı Tədris Mərkəzində bu layihənin kuratoru olan Məlahət xanıma da təşəkkür edirəm. Bu layihə ilə bağlı Azərbaycandan 18 şirkət nümayəndəsi var idi ki, onlar sırasında biz də var idik. Səfərdə üstünlüyümüz o oldu ki, biz Almaniya bazarı haqqında məlumat topladıq və artıq qərar da verdik ki, orda şirkət qeydiyyata aldıraq və Avropa bazarına çıxaq”.
“Eventwex”in yaradıcısı layihənin 2013-cü ildən icra edildiyini və hazırda Azərbaycanda bir sıra qurumlarla əməkdaşlıq etdiklərini də açıqlayıb:
“Eventwex” 7-8 proqram təminatını özündə birləşdirən bir sistemdir. Elektron Bilet Sistemi biletin yaradılması, biletin satışı və biletin yoxlanılması kimi bütün mərhələləri özündə birləşdirən universal həlldir. Bir neçə yolla “Eventwex” üzərindən bilet sifariş vermək olar. Bunlara, internet üzərindən, “mobile application”, “facebook” səhifəsi və elektron ödəmə köşkləri və kassalar daxildir. Biletlərin yoxlanılması mobil tətbiqetmə, adi əl skaynerləri, turniketlərə bərkidilmiş skaynerlər və komyüterlərin veb kameraları ilə mümkündür. Hazırda müştərilərimiz sırasında Heydər Əliyev Mərkəzi, Qala Etnoqrafiya Muzeyi, Marionette Teatrının və kassir.az saytının adı yer alıb. Baku Jazz və Jara festivallarını da biz həyata keçirmişik”.
P.Əmirov deyir ki, müştərilərə təqdim etdikləri sistem üzərindən bu günə qədər 1 mln. ədəddən çox bilet satılıb:
“Çox sevindirici haldır ki, bu günə qədər bizim sistem üzərindən 1 mln.dan çox bilet satılıb. Təxminən orta hesabla günə 2500-3000 bilet satılıb. Sistemin təhlükəsizliyi isə çox yüksək səviyyədə təşkil edilib. Biz elektron ödənişlərə görə, “Millikart” və “Azərikart” prosessinq mərkəzlərinin qoyduğu tələblərə əməl edirik. Burada həmçinin “Vısa” və “Mastercard”ın da təhlükəsizlik tələblərinə əməl edirik”.
“Eventwex” rəsmisi deyib ki, sistemin maksimum işləmə qabiliyyətini yoxlamaq üçün “stress-test”lər kçeirilib:
“Hazırda bizim rəqibimiz yoxdur. Amma bizim müştərilərimizin rəqibləri var. Sitemi “stress-test” etdik və sizə deyim ki, “Eventwex” vasitəsi ilə eyni vaxtda 5 olimpiya oyunlarının biletinin satışını təşkil etmək olar. Bu isə təxminən 5-10 mln. arası bilet deməkdir”.
P.Əmirov yeniliklər haqqında da danışarkən müştərilərə promokodların verilməsinin də mümkün olduğunud eyib:
“İndiki mərhələdə biz motivasiya xarakterli işlər üzərində çalışırıq. Xüsusən də promokodların üzərində iş gedir. Tədbir təşkilatçısı hansısa tədbirə promokod hazırlaya bilər və müştəriyə təqdim edə bilər. Hazırda bu tipli 80-dən artıq yenilik masamızın üzərindədir və onların reallaşması ilə məşğuluq”.
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 1 həftə sonra
-
-
3 saat əvvəl
Mürvət Həsənli Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın sədri seçilib
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
5 saat əvvəl
Mənzil seçərkən diqqət edilməsi vacib olan əsas amillər hansılardır?
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Unibankın Yeni il kampaniyası davam edir: 0 % komissiya, 2 % endirim!
- 5 saat əvvəl
- 5 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Yoxlama aparılıb, “On numara”da ciddi nöqsanlar aşkarlanıb
Bərdə heyvan satışı bazarı fəaliyyətini bərpa edib
Ən çox oxunanlar
Metroda gediş haqqına 50% endirim edildi
Sərvəti 600 milyard dolları aşan ilk insan oldu
"Rusiya Donbas, Krım, Zaporojye və Xerson bölgələri ilə bağlı kompromisə getməyəcək"
Bakcell texno-blogerlər üçün “Media Tech” təlimini həyata keçirdi
Azərbaycanda elektron siqaretlər qadağan olunur














.jpg)


.jpg)


