Sabah neft ilə bağlı mühüm qərr veriləcək
Mənbə: OPEC+ ölkələri aprel ayında hasilatın artım tempini sutkada 0,4 milyon barel səviyyəsində saxlaya bilərMartın 2-də keçiriləcək OPEC+ nazirlərinin iclasının ən çox ehtimal olunan nəticəsi aprel ayında da neft hasilatını sutkada 400 min barel artırmağa davam etmək qərarı olaraq qalır.
Marja xəbər verir ki, bu barədə TASS-a nümayəndə heyətlərindən birindəki mənbə bildirib.
OPEC+ ölkələri 2020-ci ilin yazında görünməmiş hasilatın azaldılmasından sonra neft hasilatını tədricən bərpa edirlər. Beləliklə, 2021-ci ilin avqustundan onlar eyni tempə - hasilatın ayda gündəlik 400 min barel artırılmasına sadiq qalırlar. Bu tempin sentyabr ayına qədər saxlanacağı gözlənilir.
Nümayəndə heyətlərindən birindəki mənbə bildirib ki, OPEC+ texniki panelinin ekspertləri Ukraynadakı münaqişənin neft bazarına təsirini qiymətləndirməyib, yalnız fundamental amilləri müzakirə ediblər.
2022-ci ildə bazarın inkişafı üçün baza ssenarisində OPEC+ ekspertləri koronavirusla bağlı məhdudiyyətlərin yalnız yumşaldılacağını və ümumiyyətlə yenilərinin olmayacağını gözləyirlər. Bu səbəbdən də benzin və dizelə tələbat böhrandan əvvəlki səviyyəyə çatacaq. Baza ssenarisində neft profisiti proqnozu sutkada 0,2 milyon barel azaldılaraq 1,1 milyon barelə endirilib. Eyni zamanda, tələb artımı proqnozu sutkada 4,2 milyon barel səviyyəsində saxlanılıb.
Qrafikə əsasən, martın 2-si saat 16:00-da nazirlərin monitorinq komitəsinin, saat 17:00-da isə OPEC+ nazirlər konfransının iclası başlamalı, aprel ayı üçün neft hasilatının səviyyəsi ilə bağlı qərar qəbul edilməlidir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 1 gün sonra
-
- 2 d. əvvəl
- 4 d. əvvəl
- 10 d. əvvəl
- 16 d. əvvəl
- 20 d. əvvəl
- 39 d. əvvəl
-
44 d. əvvəl
"Bank Respublika"nın nizamnamə kapitalının artırılması müzakirə ediləcək
- 1 saat əvvəl
-
1 saat əvvəl
Putin və Tramp 1,5 saatdan çox telefon danışığı aparıb - ƏSAS MƏQAMLAR
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 13 GÜN
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Tramp: “İran təslim olmaq məcburiyyətindədir”
Neft kəskin bahalaşıb - QİYMƏTİ 126 DOLLARI DA KEÇİB
Ən çox oxunanlar
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 14 GÜN
Danimarka şirkəti tərəfindən Azərbaycanda külək turbinlərinin istehsalı nəzərdən keçirilib
Azərbaycan-Ermənistan delimitasiya komissiyasının iclası keçirilib, protokol imzalanıb
Rusiya OPEC+da qalmağa davam edəcəyini açıqlayıb
İranın pul vahidi dollar qarşısında tarixi minimumda






.jpg)
.jpg)









.jpg)








