Rusiyanın hücumunda gözlər Kiyevdədir - "Kiyev qısa müddətdə ələ keçirilə bilər"
Rusiya qüvvələri Ukraynanın paytaxtı Kiyevə doğru irəlilədiyi bir vaxtda Ukrayna prezidenti Vladimir Zelenski Kiyevdə vəzifəsinin başında olduğunu açıqlayıb.Rusiyanın Ukraynaya hücumunda bütün diqqətlər ölkənin paytaxtı Kiyevə yönəlib.
Marja xəbər verir ki, Bloomberg-ə danışan Qərb kəşfiyyat rəsmisinin sözlərinə görə, Rusiya qüvvələri Kiyevə doğru irəliləyir. Rusiya ordusu Ukraynanın hava hücumundan müdafiə sistemini sıradan çıxarıb və ölkə daxilində sürətlə irəliləyir.
Rəsmi bildirib ki, bu şərtlər daxilində Kiyev qısa müddətdə ələ keçirilə bilər. İrəliləyişlərini davam etdirən rus qoşunları paytaxtdan 130 kilometr aralıda, hələ də yüksək səviyyədə radioaktivliyi olan Çernobıl Atom Elektrik Stansiyasını ələ keçiriblər. CNN-in görüntülərinə görə, Kiyevdən kənarda yerləşən Hostomel hava limanına nəzarətin Rusiya qüvvələrinə keçdiyi görünür.
Ukraynanın müdafiə naziri Oleksii Reznikovun sözlərinə görə, Moskva hava-desant qoşunları ilə yeni hücum dalğası hazırlayır. Səhər saatlarında paytaxt Kiyevdə partlayışlar baş verib. Ukraynanın xarici işlər naziri Dmitri Kuleba Rusiya qüvvələrinin paytaxt Kiyevə raket hücumu təşkil etdiyini bildirib.
Zelenski: Mən Kiyevdəyəm
Ukrayna prezidenti Vladimir Zelenski Kiyevdə qalmağa davam edəcəyini, Ukrayna əsgərlərinin isə paytaxt Kiyevə yaxınlaşan rus əsgərləri ilə döyüşdüyünü deyib.
Zelenski videoda "Düşmən məni bir nömrəli hədəf kimi müəyyən edib. Mənim ailəm ikinci hədəfdir. Onlar prezidenti devirməklə Ukraynanı siyasi yolla məhv etmək istəyirlər. Paytaxtda qalacağam. Ailəm də Ukraynadadır" deyib.
Zelenski bu gün verdiyi açıqlamada münaqişədə 137 hərbçi və mülki şəxsin həlak olduğunu, yüzlərlə insanın yaralandığını açıqlayıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 16 saat sonra
-
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
4 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 5 saat əvvəl
-
6 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
“BQ” ASC-nin xalis mənfəəti 52% artıb
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
























