Zelenski: "Biz tək qaldıq"
"Bizdə olan məlumata görə, birinci növbədə mən, daha sonra ailəm hədəfə alınıb".
Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski xalqa müraciətində bildirib.
Müraciətdə deyilir:
"Hörmətli vətəndaşlar, siz ölkəni dünyanın ən güclü dövlətlərindən birinə qarşı parlaq şəkildə müdafiə edirsiniz. Rusiya bütün Ukrayna ərazisinə hücum edib. Bununla belə müdafiəçilərimiz çox iş görüblər.
İlkin məlumatlara görə, bu gün 137 qəhrəmanımızı - vətəndaşlarımızı itirmişik. Ukrayna uğrunda canlarından keçənlərin əbədi xatirəsini əziz tutmaq üçün onlara Milli Qəhrəman adı veriləcək.
İndi insanları xilas edən və asayişin qorunmasına kömək edən hər kəsə minnətdaram.
Bilirəm ki, çoxlu saxta məlumatlar var. Onlardan biri də guya mənim Kiyevi tərk etməyimdir. Paytaxtdayam. Gün ərzində onlarla beynəlxalq danışıqlar aparıb müdafiəyə birbaşa rəhbərlik edirəm. Ailəm də Ukraynadadır.
Bizdə olan məlumata görə, birinci növbədə mən, daha sonra ailəm hədəfə alınıb. Onlar dövlət başçısını məhv etməklə Ukraynanı siyasi cəhətdən məhv etmək istəyirlər. Diversiya qruplarının Kiyevə daxil olması barədə də məlumatımız var. Ona görə də mən kiyevlilərdən xahiş edirəm: diqqətli olun, komendant saatı qaydalarına əməl edin.
Dünyanın bir çox ölkəsi bizə dəstək verir. Mən Ukraynaya xüsusi yardım edən hər bir dövlətə minnətdaram.
Amma ikinci bir şey də var - dövlətimizin müdafiəsində biz tək qalmışıq. Kim bizimlə birgə döyüşməyə hazırdır? Mən bunu görmürəm. Bizə NATO-ya daxil olmaq üçün zəmanət verməyə kim hazırdır? Hamı qorxur.
Mən dövlətimizin bütün tərəfdaşlarına deyirəm: indi Ukraynanın taleyi həll olunur. Bizimləsinizmi?
Bu işğalın sonu haqqında danışmaq lazımdır. İndi ölkənin taleyi bütünlüklə ordumuzdan, təhlükəsizlik qüvvələrimizdən, bütün müdafiəçilərimizdən asılıdır”.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 16 saat sonra
-
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 5 saat əvvəl
-
6 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 7 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
“BQ” ASC-nin xalis mənfəəti 52% artıb
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz



























