"Rusiya işğalının birjalara təsiri 2014-cü ildən daha ağır ola bilər"
Qlobal investisiya bankı Goldman Sachs-ın Qlobal Səhmlər üzrə Baş Strateqi Peter Oppenheimerin fikrincə, Rusiyanın potensial işğalında birjalara dəyən zərər 2014-cü ildə Krımın işğalı zamanı yaranan zərərdən daha ağır ola bilər.Qlobal səhmlər bazar ertəsi bəzi ölkələrin vətəndaşlarına Ukraynanı tərk etmələri barədə xəbərdarlıq etdikdən sonra hər an işğal qorxusu ilə ucuzlaşıblar. ABŞ prezidenti Co Baydenin milli təhlükəsizlik üzrə müşaviri Jake Sullivan bazar günü xəbərdarlıq edib ki, işğal hər an baş verə bilər.
Marja xəbər verir ki, Stoxx 600 indeksi bazar ertəsi səhər kəskin şəkildə düşüb.
Oppenheimer Ukraynadakı mövcud geosiyasi bəlalar bitənə qədər Avropa səhmlərinin volatil olacağını söyləyib.
ABŞ səhmləri də Wall Street-in açılışında ucuzlaşıblar, Asiya-Sakit Okean birjaları günü mənfidə bağlayıblar. Rusiya qazından ən çox asılı olan Almaniyada fond bazarı olan DAX bazar ertəsi günü 3,4% ucuzlaşaraq 2014-cü ilə oxşar reaksiya verib.
“Rusiyanın potensial işğalınının birjalara mənfi təsiri yəqin ki, 2014-cü ildəkindən daha çox olacaq”,- Oppenheimer bildirib.
Müştərilərin xəbərləri
"PAŞA Həyat" "Chenot Palace Gabala" ilə tərəfdaşlıq çərçivəsində müştərilərin sağlamlığına fokusunu gücləndirir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
52 d. əvvəl
Sağlamlıq haqqında tibbi arayış olmadan işə qəbul qadağan edilir
-
- 59 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Eldar Əzizov: Güclü yağışlarla mübarizə üçün Bakıda islahatlara ehtiyac var
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
5 saat əvvəl
Neft-qaz sektoruna daxil olan malların ixracı 536 milyon dollar azalıb
-
5 saat əvvəl
Azərbaycan xaricdən əti daha baha alıb - İdxalın miqdarı azalıb, dəyəri isə artıb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 25 GÜN
Sağlamlıq haqqında tibbi arayış olmadan işə qəbul qadağan edilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
"İnvestAZ" ADPU Quba filialında seminar keçirib
Nazir Nəbiyev Dünya Bankının nümayəndə heyəti ilə görüşüb
Ən çox oxunanlar
Kreditinizi Birbank-a gətirin, 6%-dək endirim qazanın
Tanınmış supermarketlər şəbəkəsinin Ağcabədidə filialı açılıb
Bakı-Tbilisi-Bakı biletləri ilə bağlı yaxın saatlarda ictimaiyyətə məlumat veriləcək
Bu bank pulunuza illik 12% gəlir təklif edir
Mayın 20-nə olan hava proqnozu - 28° isti gözlənilir
"Grand-Agro" Azərbaycanın zeytun potensialını Madriddə təqdim edib







.jpg)




.jpg)







