Özbəkistandan Türkiyəyə gedən blok qatarı Bakı Limanına çatıb
Özbəkistandan Türkiyəyə gedən növbəti konteyner blok qatarı Bakı Limanına çatıb.
“ADY Konteyner” MMC-dən Marja.az-a verilən məlumata görə, Özbəkistanın Buxara şəhərindən Türkiyənin Mersin şəhərinə istiqamət götürən 62 konteynerdən ibarət növbəti konteyner blok qatarı Bakı Limanına çatıb. Blok qatar 40 futluq konteynerlərdən ibarətdir. Konteynerlərdə Türkiyəyə kimya sənayesi məhsulları və gübrə daşınır. Qatar Türkmənbaşı limanından Bakı limanına “Mahmud Rəhimov” fider gəmisi vasitəsilə çatdırılıb. Burada konteynerlər aşırılaraq platformalara yüklənəcək, daha sonra isə Bakı-Tbilisi–Qars dəmir yolu xətti ilə Türkiyəyə yola salınacaq.
Məlumata gör, layihə “Asiya və Sakit okean regionu-Çin-Qırğızıstan-Özbəkistan- Türkmənistan-Azərbaycan-Gürcüstan-Türkiyə-Avropa nəqliyyat marşrutu” çərçivəsində həyata keçirilir. Marşrut üzrə yükdaşımaların həcmi 2021-ci ildə 2020-ci ilə nisbətən 101 faiz artıb.
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 18 saat sonra
-
-
12 d. əvvəl
SensibleHR: Böyüyən bizneslərin HR və payroll idarəetməsində yeni rəqəmsal həll
- 12 d. əvvəl
- 17 d. əvvəl
- 56 d. əvvəl
-
59 d. əvvəl
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə yeni sədr müavinləri təyin olunub
-
1 saat əvvəl
“Nar” abunəçiləri üçün eSIM nömrələrdə “Asan İmza” xidməti istifadəyə verildi
-
1 saat əvvəl
Damazlıq yumurta istehsalına görə subsidiya veriləcək - Azərbaycanda bir ilk
- 1 saat əvvəl
-
2 saat əvvəl
Qazaxıstan taxıl ixracında 13 milyon ton hədəfinə yaxınlaşıb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
“Le Beirut” tələbləri pozub, satışı dayandırılıb
Qazaxıstan taxıl ixracında 13 milyon ton hədəfinə yaxınlaşıb
“Express Lombard”da yığıncaq keçiriləcək
ADY və İran Dəmir Yollarının rəhbərliyi Astara Terminalında tikinti işlərinin gedişi ilə tanış olub
“BQ” ASC-nin 100 ədəd səhmini 1 investor əldə edib

























