Azərbaycana ilk dəfə minlərlə yeni nəsil poçt terminalları gətirilir - VİDEO
Artıq kuryerlər bağlamanı mənzilinizə gətirməyəcək. Belə ki, kuryerlər bağlamaları postamat terminallarına qoyacaq, müştərilər də istənilən vaxt oradan götürəcəklər. Qapalı və açıq məkanlarda yerləşdiriləcək postamat terminallarından bağlamaları 7/24 sürətli və təhlükəsiz şəkildə götürmək imkanı yaranacaq.Proseslərin avtomatlaşdırılması və robotlaşdırılması hər bir şirkətin uğurudur. Bu sahədə kuryer şirkətləri xeyli irəliləyiblər. Amerikada və Avropa ölkələrində şirkətlər anbarlardakı malların robotlar tərəfindən çeşidlənməsi, supermarketlərdə özünəxidmət kassaları yaradılması, bağlamaların dronlarla çatdırılmasını həyata keçirirlər.
Ölkəmizdə də tendensiya bu istiqamətdədir. Lakin şirkətlər müştərilərə keyfiyyətli xidmət göstərmək üçün logistika məsələlərində müxtəlif problemlər yaşayırlar, məhsulların qəbul edilməsindən, yerləşdirilməsi və müştərilərə çatdırılmasınadək əlavə xərclər çəkirlər.
Bu problemin həlli üçün ölkəmizdə də artıq yeni layihələr yaranır. Marja.az xəbər verir ki, buna nümünə olaraq “166 Yükdaşıma və Logistika” şirkəti tərəfindən dəstəklənən “Poste” startapını göstərmək olar. “Poste” yeni nəsil logistika xidməti olaraq ölkəmizdə bağlama çatdırılması prosesini innovativ həll yolu ilə avtomatlaşdıran ilk şirkətdir.
Şirkətdən Marja-ya verilən məlumata görə, yüksək təhlükəsizlik sisteminə malik kilid texnologiyası ilə təchiz olunmuş terminallar-postamatlar qapalı məkanlarda və açıq havada təmassız istifadə üçün nəzərdə tutulub. İnsanlara əlçatan yerlərdə - yaşayış ünvanlarına, tədris müəssisələrinə yaxın, mağazalarda, ticarət və biznes mərkəzlərində quraşdırılmış avtomatlaşdırılmış terminallar yerləşir. Artıq olduğu yerindən asılı olmayaraq istifadəçilər bağlamalarını 7/24 sürətli və təhlükəsiz şəkildə almaq imkanı əldə edəcəklər.
Beləliklə, günün istənilən vaxtı sms və ya QR kod vasitəsilə kuryer və ya satıcı bağlamanı postamat terminallarına qoyur, müştərilər isə istədikləri vaxt bağlamalarını oradan götürə bilərlər. Qeyd edək ki, yüksək səviyyəli mühafizə və gecə-gündüz işləyən videomüşahidə həm satıcı, həm də alıcı üçün malların təhlükəsizliyinə zəmanət verir.
Xaricdə postamatlar təkcə mağazalarda deyil, küçələrdə də quraşdırılır. Amazon kimi böyük pərakəndə satıcıların və DHL kimi çatdırılma xidmətlərinin öz bağlama dolab şəbəkələri var. Bir ölkə və ya hətta bir şəhər daxilində çoxlu yerli şəbəkələr də var. Bir sözlə postamatlar 100-dən çox ölkədə uğur qazanaraq kuryer və müştəri arasındakı zaman problemini aradan qaldıran ən rahat vasitədir.
İlkin mərhələdə Bakı, Abşeron və Sumqayıtda 1000 ədəd “Poste” postamatları quraşdırılaraq həm hüquqi şəxslərə (şirkət, təşkilat, dövlət qurumları və s.), həm də fərdi qaydada bütün istifadəçilərə operativ və etibarlı çatdırılma xidməti göstərə biləcək.
Düşünürük ki, Poste startapı da Azərbaycanda poçt və çatdırılma əməliyyatlarının yeni bir mərhələsinə start verəcək.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 1 həftə sonra
-
- 57 d. əvvəl
-
1 saat əvvəl
Siqaret qaçaqmalçılığı işi üzrə gəmi kapitanı və daha 2 nəfər həbs edilib
-
1 saat əvvəl
İllik gəlirlilik dərəcəsi 18% olan istiqrazlar ticarətə buraxılır
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
"Amazon Web Services" Azərbaycanla birgə işləmək üçün böyük potensial görür
-
2 saat əvvəl
Qırmızı Ürəklər Fondu “Bayram Səbəti” xeyriyyə aksiyasına start verir
- 2 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
İllik gəlirlilik dərəcəsi 18% olan istiqrazlar ticarətə buraxılır
İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərində səfərdədir - “Gələcəyin oyunları 2025”in açılışı keçirilib
Dekabrın 18-də gözlənilən hava şəraiti
Ən çox oxunanlar
Həmişə sevdiklərimin itkisi ilə sınanmışam!
Avant Park yaşayış kompleksi sakinlərin istifadəsinə verilib - VİDEO
Azərbaycanda şirkətlərin sayı 203 mini keçib
Bank filial və şöbələrində növbə sistemlərinin qurulması üçün avadanlıqlar və xidmətlər satın alır
Magistral su kanalları 46 milyon manata yenidən qurulacaq - BU ŞİRKƏT TENDERDƏ QALİB OLDU

















.jpg)
