Türkiyə tarixdə ilk dəfə turist sayında İspaniyanı qabaqlayıb
Türkiyə keçən il İspaniyanı bir müddət də olsa "taxtdan" salıb.Türkiyə ötən ilin böyük bir hissəsində Aralıq dənizinin lideri olan İspaniyan daha çox turist qəbul edərək liderliyi ələ keçirib və Türkiyədə otellərin doluluğu ikiqat artıb.
Marja xəbər verir ki, İspaniyanın sərhədə giriş agentliyinin (Frontur) məlumatına görə, 2021-ci ilin 11 aylıq dövründə (yanvar-noyabr) İspaniyaya gələnlərin sayı 2020-ci ilin eyni dövrü ilə müqayisədə 54,1 faiz artaraq 28,2 milyon nəfərə çatıb.
Eyni dövrdə Türkiyəyə gələn xarici ziyarətçilərin (turistlərin) sayı 29,9 milyon nəfər olub, beləliklə Türkiyə tarixdə ilk dəfə turist sayında İspaniyanı qabaqlayıb.
Birləşmiş Millətlər Təşkilatının Dünya Turizm Təşkilatı (UNWTO) və Türkiyə Statistika Təşkilatının (TÜİK) turizm məlumatlarına görə, Türkiyə 2021-ci ildə pandemiyadan əvvəlki dövrlə müqayisədə turist sayına görə dünyadakı payını iki dəfə artırıb. 2019-cu ildə Türkiyəyə 50 milyon turist gəlib. Həmin vaxt dünyada turistlərin ümumi sayı 1,4 milyard nəfərə çatmışdı. Türkiyənin payı isə 3,5% olmuşdu. 2019-cu ildə dünya üzrə 1,4 milyard insan səyahət etdiyi halda, 2021-ci ildə bu rəqəm 415 milyon nəfər təşkil edib. Türkiyə 2021-ci ildə xaricdə yaşayan vətəndaşlar da daxil olmaqla 30 milyondan çox turist qəbul edib. Onun payı 7,2 faizi ötüb.
Ötən il ilin əhəmiyyətli bir hissəsində İspaniyadan daha çox turist qəbul edən Türkiyədə otel doluluğu 45% artaraq 52 faizə çatıb.
"Cushman & Wakefield "tərəfindən hazırlanan "Türkiyə Bazar Analizi - 2021" hesabatındakı məlumatlara görə, xarici turistlərin artması otel doluluq nisbətlərini ikiqat artırdıb. Türkiyədə 2021-ci ildə otel doluluq nisbəti əvvəlki ilin eyni dövrü ilə müqayisədə 45% artaraq 52% təşkil edib. İstanbulda isə bu nisbət 55% olaraq qeyd alınıb. Bir gecəlik satılan otaqların orta qiyməti də artıb. Türkiyə və İstanbulda otaq qiymətləri müvafiq olaraq 82 və 91 Avro təşkil edib.
Turizm sektoru 2021-ci ildə səyahət məhdudiyyətlərinin aradan qaldırılması və peyvənd olunanların sayının artması ilə toparlansa da, epidemiyadan əvvəlki dövrdən geri qaldığı müşahidə edilib. Epidemiyanın davam edən təsirlərinə baxmayaraq, Türkiyəyə gələn xarici turistlərin sayı 2020-cik ilə nisbətən 88,08% artaraq 30,97 milyon nəfər olub. İstanbulda ötən illə müqayisədə 80,5 faiz artımla 9 milyon xarici turit qeydə alınıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 3 saat sonra
-
-
10 saat əvvəl
MSolution ISO 27001 sertifikatını əldə etdi və PCI DSS uyğunluğunu yenidən təsdiqləndi
-
12 saat əvvəl
Əraqçi İranın son sülh təşəbbüsləri barədə Bayramova məlumat verib
-
12 saat əvvəl
“City Garden Narimanov”da geniş mənzil seçimləri və rahat yaşayış imkanı
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 13 saat əvvəl
- 13 saat əvvəl
-
13 saat əvvəl
Azərbaycanda ilk dəfə iki elektron pul təşkilatı “Açıq bankçılıq” ekosisteminə qoşulub
-
13 saat əvvəl
"Azərbaycan nümayəndə heyətinin Ermənistana səfəri tarixi hadisə idi"
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Prezident, birinci xanım və ailə üzvləri İslam Səfərli küçəsinin yenidənqurmadan sonra açılışında iştirak ediblər
Ən çox oxunanlar
Mərkəzi Banka 10-cu baş direktor təyin edilib
Azərbaycanda ilk dəfə iki elektron pul təşkilatı “Açıq bankçılıq” ekosisteminə qoşulub
2 şirkət “Grand-Agro” şirkətinə qoşulub
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 13 GÜN
"FERRUM Kapital”ın 1 milyon manat borclanması üzrə qərar verilib







.jpg)








.jpg)







