“Rabitəbank”ın xalis mənfəəti artıb - MALİYYƏ GÖSTƏRİCİLƏRİ
“Rabitəbank” ASC 2021-ci il üzrə maliyyə göstəricilərini açıqlayıb.
Marja.az xəbər verir ki, “Rabitəbank” 2021-ci ili 2 milyon 725 min manat xalis mənfəət ilə başa vurub. Bank 2020-ci ili 2 milyon 180 manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, “Rabitəbank”ın xalis mənfəəti 2020-ci illə müqayisədə 2021-ci ildə 25% və ya 545 min manat artıb.
Ötən il “Rabitəbank”ın cəmi aktivləri 1 milyard manat səviyyəsini keçərək 1 milyard 178 milyon 72 min manata çatıb.
GƏLİRLƏRİ ARTIB
“Rabitəbank”ın faiz gəlirləri 2020-ci illə müqayisədə 2021-ci ildə 7 milyon 858 min manat və ya 17% artaraq 54 milyon 31 min manat, qeyri-faiz gəlirləri isə 15 milyon 607 min manat və ya 112% artaraq 29 milyon 560 min manat təşkil edib.
AKTİVLƏRİ 1 MİLYARD MANATI AŞIB
“Rabitəbank”ın cəmi aktivləri 2020-ci illə müqayisədə 2021-ci ildə 186 milyon 957 min manat və ya 22,5% artaraq 31 Dekbar 2021-ci il tarixində 1 milyard 17 milyon 873 min manat təşkil edib. “Rabitəbank” 2020-ci ilin sonunda 830 milyon 916 min manat cəmi aktivlərə malik idi.
Ötən il “Rabitəbank” tərəfindən müştərilərə verilmiş cəmi kreditlər 50 milyon 632 min manat və ya 12% artaraq 473 milyon 964 min manata yüksəlib.
“Rabitəbank”da depozitlər 2020-ci illə müqayisədə 2021-ci ildə 178 milyon 510 min manat və ya 32,7% artaraq 724 milyon 682 min manata çatıb.
MƏCMU KAPİTALI 100 MİLYON MANATA YAXINDIR
31 Dekabr 2021-ci il tarixində “Rabitəbank” 98 milyon 275 min manat məcmu kapitala malik olub. Qeyd edək ki, Mərkəzi Bankın kommersiya banklarına qarşı məcmu kapital tələbi 50 milyon manatdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 gün sonra
-
7 d. əvvəl
"NEQSOL Holding"in şirkətləri Azərbaycanda ən iri vergi ödəyiciləri sırasında
-
- 11 d. əvvəl
- 28 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
AccessBank-ın 2026-cı ilin 1-ci rübü üzrə maliyyə vəziyyəti açıqlandı
- 2 saat əvvəl
-
3 saat əvvəl
Kapital Bank güzəştli kreditlərin verilməsinə dair müqavilə imzalayıb
-
3 saat əvvəl
Azərbaycan Kredit Bürosu ilə Çinin Pudao Kredit Bürosu arasında görüş keçirilib
-
3 saat əvvəl
Azərbaycanda orta maaş 5 faizdən çox artaraq 1099,1 manat təşkil edib
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
"PAŞA Bank" səhmlərinə sahib olun!
"AccessBank" 13 milyon manata yaxın xalis mənfəət açıqladı
Aprelin 15-də gözlənilən hava şəraiti
Bank omayan kredit təşkilatı mənfəətdən zərərə keçib
Ən çox oxunanlar
ABB-nin kredit portfeli ilk rübdə 80 milyon manata yaxın artıb
3 ayda Naftalana 9 minə yaxın yerli və xarici turist gəlib
Xalq Bank I rübün yekunlarını açıqladı
Çinin ixracı yavaşlayıb
















.jpg)








