İrana gedən Azərbaycan vətəndaşlarının sayı 80,6 faiz azalıb, Türkiyəyə gedənlərin sayı isə 2,4 dəfə artıb
Dövlət Sərhəd Xidmətinin məlumatına əsasən 2021-ci ildə Azərbaycan Respublikasına dünyanın 167 ölkəsindən 791,8 min və ya 2020-ci illə müqayisədə 0,5 faiz az əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlmişdir.
Marja Dövlət Statistika Komitəsinin məlumatına istinadən xəbər verir ki, onların 4,6 faizi yanvar, 4,5 faizi fevral, 5,7 faizi mart, 5,8 faizi aprel, 6,5 faizi may, 8,5 faizi iyun, 10,6 faizi iyul, 9,7 faizi avqust, 9,4 faizi sentyabr, 11,5 faizi oktyabr, 10,9 faizi noyabr, 12,3 faizi isə dekabr ayında ölkəmizə səfər etmişdir. Gələnlərin 82,0 faizini kişilər, 18,0 faizini qadınlar təşkil etmişdir.
2021-ci ildə ölkəmizə gələnlərin 32,6 faizi Rusiya Federasiyası, 25,0 faizi Türkiyə, 15,8 faizi İran, 7,9 faizi Gürcüstan, hər birindən 2,2 faiz olmaqla Ukrayna və Birləşmiş Ərəb Əmirlikləri, 1,2 faizi Böyük Britaniya, 1,1 faizi Səudiyyə Ərəbistanı, 0,9 faizi Qazaxıstan, 0,8 faizi İsrail, hər birindən 0,7 faiz olmaqla Almaniya, Belarus və Hindistan, 0,6 faizi ABŞ, 0,5 faizi Özbəkistan, hər birindən 0,4 faiz olmaqla İtaliya və Pakistan, 0,3 faizi Türkmənistan, 6,0 faizi digər ölkələrin vətəndaşları olmuşdur.
2020-ci illə müqayisədə Gürcüstandan gələnlərin sayı 66,0 faiz, Hindistandan - 55,3 faiz, Səudiyyə Ərəbistanından - 26,0 faiz, Özbəkistandan - 20,3 faiz, Qazaxıstandan - 18,5 faiz, Belarusdan - 5,1 faiz azalmış, Birləşmiş Ərəb Əmirliklərindən gələnlərin sayı 2,2 dəfə, İrandan - 72,2 faiz, ABŞ-dan - 69,3 faiz, Almaniyadan - 67,7 faiz, İsraildən - 57,0 faiz, Böyük Britaniyadan - 33,7 faiz, İtaliyadan - 24,0 faiz, Türkiyədən - 23,3 faiz, Rusiya Federasiyasından isə 14,7 faiz artmışdır.
2020-ci illə müqayisədə Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 53,8 faiz artaraq 35,4 min nəfər, körfəz ölkələrindən gələnlərin sayı 43,7 faiz artaraq 159,0 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 8,9 faiz artaraq 297,7 min nəfər olmuşdur.
Ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 49,8 faizi dəmir yolu və avtomobil, 48,0 faizi hava, 2,2 faizi isə dəniz nəqliyyatından istifadə etmişdir.
Xarici ölkələrə gedən Azərbaycan Respublikası vətəndaşlarının ümumi sayı 2020-ci illə müqayisədə 16,3 faiz azalaraq 974,5 min nəfər olmuşdur. İrana gedən Azərbaycan Respublikası vətəndaşlarının sayı 80,6 faiz, Gürcüstana gedənlərin sayı 75,3 faiz azalmış, Türkiyəyə gedənlərin sayı 2,4 dəfə, Rusiya Federasiyasına gedənlərin sayı isə 7,8 faiz artmışdır. Ölkə vətəndaşlarının 47,3 faizi Türkiyəyə, 24,3 faizi Rusiya Federasiyasına, 7,8 faizi Gürcüstana, 6,8 faizi İrana, 13,8 faizi digər ölkələrə səfər etmişdir. Gedənlərin 66,3 faizini kişilər, 33,7 faizini qadınlar təşkil etmişdir.
2021-ci ildə xarici ölkələrə səfər edən Azərbaycan Respublikası vətəndaşlarının 68,8 faizi hava, 28,0 faizi dəmir yolu və avtomobil, 3,2 faizi isə dəniz nəqliyyatından istifadə etmişdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 4 gün sonra
-
- 15 d. əvvəl
- 35 d. əvvəl
-
46 d. əvvəl
Cahan Şirkətlər Qrupuna daxil olan "Enna" şirkəti "Dayaq" mükafatına layiq görülüb
-
1 saat əvvəl
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
-
1 saat əvvəl
“Naxtel” abunəçilərinin digər mobil operatorlara miqrasiyası uğurla tamamlanıb
-
1 saat əvvəl
Şikayətlərin yarıya yaxını internet və telefon rabitəsi xidmətlərilə bağlı olub
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir
Vəhşi heyvan hücumları ilə bağlı fermerlərə çağırış edildi
"Balıq ehtiyatlarının bərpası üçün Xəzərə və daxili su hövzələrinə 17-35 milyon ədəd körpə balıq buraxmağa ehtiyac var"
10 illik proqramı 3 ilə mənimsəmək imkanı - VİDEO+FOTO
Ucuz təbii qaz Avropanın sənaye böhranını həll etmədi
Xalq Bankda yeni təyinatlar
Şarj növbəsi? Unut - Hibridlərin yeni nəsli artıq Azərbaycanda!









.jpg)







.jpg)


