Azərbaycanda iqtisadi-siyasi elmi jurnal işıq üzü görüb
Azərbaycanda “Bank and policy” jurnalı iqtisadi-siyasi elmi jurnalı işıq üzü görüb.
Jurnaldan Marja-ya verilən məlumatda bildirilir ki, iqtisadiyyat və siyasət bir-birlərindən ayrılmaz elm sahələridir. Hər bir dövlət məhz bu iki təməlin əsasında ayaq üstə dayanır. Dövlətlərin gücü və qüdrəti də məhz siyasət və iqtisadiyyatın gücü ilə ölçülür. Bu səbəbdən iqtisadiyyatın və siyasətin birləşdiyi elmi jurnalın da Müstəqil Azərbaycanımızın inkişaf yolunda xidmətləri danılmaz olacaqdır. Belə bir elmi jurnala həm siyasi sahədə həm də iqtisadi sahədə ciddi ehtiyac varr. Cəmiyyətdə baş verən yeniliklərin, aparılan islahatların, inkişaf və möhkəmlənmənin siyasi elmi analizi olduqca vacibdir.
2021-ci ildən fəaliyyətə başlayan “Bank and policy” jurnalının beynəlxalq lisenziyası mövcuddur və elmi jurnallar üçün tələb edilən bütün beynəlxalq standartlara cavab verir.
Jurnalı nəşr edən təşkilat isə İMCRA (International Meetings and Conferences Research Association) şirkətidir. Bir sıra uğurlu naaliyyətlrə imza atan şirkətin “Bank and policy” jurnalını təsis etməkdən məqsədi, Azərbaycanda siyasi və iqtisadi arenada gedən islahatlara və yeniliklərə ciddi elmi dəstək verməkdir. Jurnal yeni olmasına baxmayaraq Index Copernicus, Philosopher`s Index, DRJİ, ISSN ROAD, Citefactor, ResearchGate, EuroPub və s. kimi nüfuzlu beynəlxalq indekslərdən keçmişdir.
Jurnal, öz qarşısına yaxın gələcəkdə Scopus və Web of Science kimi ciddi elmmetrik platformalarda Azərbaycanı layiqincə təmsil etməyi məqsəd qoyur. Jurnala tarix, beynəlxalq münasibətləri, bank sektoru və iqtisadi sahələrlə yanaşı, eləcə də sosial siyasət, təhsil siyasəti və təhsilin iqtisadiyyatı, sosial-statistik məsələlər, siyasi analitika və sair gündəm mövzularla bağlı alim və tədqiqatçı mütəxəssislər məqalə verə bilər.
Maraqlananlar bu elektron ünvana öz məqalələrini göndərə bilərlər
[email protected]
https://imcra-az.org/bank-and-policy/
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
-
1 gün sonra
“Azpetrol LTD” MMC “Top 100” vergi ödəyicisi siyahısında 38-ci yerdə
-
1 gün əvvəl
AYNA taksilərlə bağlı qaydaların dəyişdiyinə dair yayılan xəbərlərə aydınlıq gətirib
-
-
1 gün əvvəl
Daha bir neçə avtobus marşrutları üzrə müsabiqələrin qalibləri müəyyən edilib
-
1 gün əvvəl
"Bank of Baku" “Top 100” vergi ödəyicisi siyahısında - BANK ÖTƏN İL 15 MİLYON MANAT VERGİ ÖDƏYİB
-
1 gün əvvəl
Unibankdan hər kəs üçün “Şənbə aksiyası” – 0 % komissiyalı kredit!
-
1 gün əvvəl
Macarıstanda Peter Magyarın qələbə qazanacağı proqnozlaşdırılır - Forint bahalaşır
-
1 gün əvvəl
Azərbaycan Dəmir Yolları daha çox taxıl və dənli bitkilər daşıyıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
İllik 18% gəlir vəd edən istiqrazların ticarətinə icazə verilib
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
“Azpetrol LTD” MMC “Top 100” vergi ödəyicisi siyahısında 38-ci yerdə
Unibankdan hər kəs üçün “Şənbə aksiyası” – 0 % komissiyalı kredit!
Azərbaycan Dəmir Yolları daha çox taxıl və dənli bitkilər daşıyıb
İnvestisiya Şirkətinin Müşahidə Şurasının sədri dəyişib
Ən çox oxunanlar
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
ʺBank Melli İranʺ Bakı filialının xalis mənfəəti azalıb
İllik 18% gəlir vəd edən istiqrazların ticarətinə icazə verilib
Britaniyanın Baş naziri və Tramp Hörmüz boğazı üçün hərbi variantları müzakirə edib
“Gəncə KOB evi” sahibkarlar üçün yeni imkanlar yaradır - MÜSAHİBƏ
Aprelin 11-də gözlənilən hava şəraiti
Lufthansa-da tətil 500-dən çox uçuşun ləğvinə səbəb olacaq






















