Azərbaycanın 11 aylıq idxalı 10 milyard dolları aşıb
2021-ci ilin yanvar-noyabr aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 186 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirmiş, 117 ölkəyə məhsul ixrac olunmuş, 173 ölkədən idxal olunmuşdur.
Dövlət Statistika Komitəsinin yaydığı məlumata görə, gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla 2021-ci ilin yanvar-noyabr aylarında ölkənin xarici ticarət dövriyyəsi 30 milyard 746,3 milyon ABŞ dolları təşkil etmişdir. Ticarət dövriyyəsinin 20 milyard 336,4 milyon dollarını və ya 66,1 faizini ölkədən ixrac olunmuş məhsulların, 10 milyard 409,9 milyon dollarını (33,9 faizini) isə idxal məhsullarının dəyəri təşkil etmiş, nəticədə 9926,5 milyon dollar məbləğində müsbət saldo yaranmışdır. 2020-ci ilin yanvar-noyabr ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 40,7 faiz, real ifadədə 0,8 faiz, o cümlədən ixrac 10,4 faiz artmış, idxal isə 11,2 faiz azalmışdır.
2021-ci ilin yanvar-noyabr aylarında qeyri neft-qaz məhsullarının ixracı əvvəlki ilin eyni dövrü ilə müqayisədə faktiki qiymətlərlə 44,1 faiz, real ifadədə 33,8 faiz artaraq 2 milyard 359,8 milyon dollar təşkil etmişdir.
Dövlət Gömrük Komitəsinin məlumatlarına əsasən ixracın 41,2 faizini İtaliyaya, 12,8 faizini Türkiyəyə, 4,1 faizini Rusiyaya, 4,0 faizini İsrailə, 3,8 faizini Xorvatiyaya, hər biri 3,0 faiz olmaqla Hindistan, Gürcüstan və Portuqaliyaya, 2,8 faizini İspaniyaya, hər biri 2,4 faiz olmaqla Almaniya və Tunisə, 2,3 faizini Ukraynaya, 1,7 faizini Birləşmiş Krallığa, 1,6 faizini Yunanıstana, 1,5 faizini Belarusa, 1,3 faizini İsveçrəyə, hər biri 1,1 faiz olmaqla Kanada və Çexiyaya, 6,9 faizini isə digər ölkələrə göndərilmiş məhsulların dəyəri təşkil etmişdir.
Qeyri neft-qaz məhsulları üzrə ixracın dəyərində Rusiyaya (32,4 faiz), Türkiyəyə (24,8 faiz), İsveçrəyə (8,7 faiz), Gürcüstana (6,1 faiz), Braziliyaya (3,0 faiz), ABŞ-a (2,8 faiz), Ukraynaya (2,1 faiz), İtaliyaya (1,6 faiz), Qazaxıstana (1,5 faiz), İrana (1,3 faiz), Çinə (1,2 faiz), Belçikaya (1,1 faiz), Türkmənistana (1,1 faiz), Niderlanda (1,0 faiz), Özbəkistana (1,0 faiz) göndərilmiş malların payı üstünlük təşkil etmişdir.
Ölkəyə idxal olunmuş məhsulların ümumi dəyərinin 17,8 faizi Rusiya, 15,9 faizi Türkiyə, 14,0 faizi Çin, 5,5 faizi Almaniya, 4,0 faizi Ukrayna, 3,8 faizi ABŞ, 3,6 faizi İtaliya, 3,4 faizi İran, 2,4 faizi Birləşmiş Krallıq, 2,3 faizi Yaponiya, 1,9 faizi Koreya, hər biri 1,6 faiz olmaqla Braziliya və Fransa, 1,3 faizi Hindistan, 1,1 faizi Belarus, 1,0 faizi Vyetnam, 18,8 faizi isə digər ölkələr ilə aparılmış idxal əməliyyatlarının payına düşmüşdür.
2021-ci ilin yanvar-noyabr aylarında əvvəlki ilin eyni dövrü ilə müqayisədə mühüm məhsul növlərindən təzə meyvə ixracı 17,6 faiz, kartof – 12,9 faiz, şəkər – 7,1 faiz, meyvə və tərəvəz şirələri – 4,4 faiz, meyvə və tərəvəz konservləri – 20,2 faiz, təbii üzüm şərabları və üzüm suslosu – 8,6 faiz, pambıq lifi – 38,5 faiz, polietilen – 29,8 faiz, pambıq ipliyi – 2,3 dəfə, qara metallardan yarımfabrikatlar – 4,3 dəfə, qara metallardan borular – 16,6 faiz, bentonit gili – 3,5 faiz artmış, təzə tərəvəz ixracı isə 23,9 faiz, bitki yağları – 16,1 faiz, tütün – 3,2 faiz, çay – 18,2 faiz, marqarin, qida üçün yararlı digər qarışıqlar – 17,7 faiz, emal olunmamış alüminium – 18,2 faiz azalmışdır.
2020-ci ilin yanvar-noyabr ayları ilə müqayisədə 2021-ci ilin yanvar-noyabr aylarında xam şəkər idxalı 1,7 dəfə, təzə meyvə – 3,0 faiz, çay - 3,3 faiz, kartof – 19,9 faiz, quş əti və onun əlavə məhsulları – 3,2 faiz, təzə tərəvəz – 46,8 faiz, minik avtomobilləri – 1,7 dəfə, hesablama maşınları, blok və qurğuları – 6,0 faiz, yük avtomobilləri – 1,6 dəfə, rezin şinlər – 31,2 faiz, mebellər – 29,1 faiz, paltaryuyan maşınlar – 20,0 faiz, məişət kondisionerləri – 2,2 faiz, məişət soyuducuları – 1,6 dəfə artmış, buğda idxalı isə 17,0 faiz, bitki yağları – 10,7 faiz, kərə yağı, digər süd yağları və pastaları – 9,5 faiz, mal əti – 43,9 faiz, siqaretlər – 36,9 faiz, dərman vasitələri – 4,0 faiz, polad prokatı – 33,6 faiz, qara metallardan borular – 20,3 faiz, qara metallardan çubuqlar – 63,6 faiz, mineral gübrələr – 62,5 faiz, polietilen – 23,7 faiz, avtobuslar – 4,5 faiz, qara metallardan künclüklər – 25,4 faiz, sement və sement klinkerləri – 22,5 faiz azalmışdır.
Müştərilərin xəbərləri
“McDonald's Azərbaycan” “Uşaqların Sağlam Gələcəyi” reabilitasiya mərkəzinə tibbi avadanlıq təqdim edib - FOTO
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
- 5 saat əvvəl
-
-
6 saat əvvəl
“AQA”nın kredit təşkilatı 3 milyon 124 min manat xalis mənfəət açıqlayıb
-
8 saat əvvəl
“NEO BOKT” 2025-ci ili zərərlə başa vurub, aktivlər kəskin azalıb
-
9 saat əvvəl
“AzKredit”in mənfəəti 23% azalıb, kredit portfeli isə 20% böyüyüb
- 11 saat əvvəl
- 14 saat əvvəl
- 15 saat əvvəl
- 16 saat əvvəl
-
1 gün əvvəl
BOKT “International”ın xalis mənfəəti 15% artıb, aktivləri 60 milyon manatı keçib
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 14 GÜN
“Merkuri BOKT” yığılmış zərərdən xilas olub
“AzKredit”in mənfəəti 23% azalıb, kredit portfeli isə 20% böyüyüb
79 və 119 nömrəli marşrut xətlərində avtobuslar yenilənir
Mənfəəti artsa da, “Embafinans”da risk siqnalları güclənib
Ən çox oxunanlar
“Pidem” Abşeron Ticarət Mərkəzində yeni filial açır
“Orman” restoranı Sea Breeze-də yeni məkan açır
Elmar Məmmədov “Azərbaycan Mikro-Kredit”dəki payını satıb
“Azərbaycan Mikro-Kredit” BOKT-un xalis mənfəəti kəskin azalıb
Azərbaycan neftinin son qiyməti
"Subway" Bakıda 2 iyunda 3 məkanda fəaliyyətə başlayır







.jpg)




.jpg)


.jpg)









