“InvestAZ”-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
InvestAZ İnvestisiya şirkətinin analitikləri bu həftə üzrə dünya maliyyə bazarlarında son vəziyyət və qısa müddət ərzində gözlənilənlərlə bağlı məlumat verib.
EUR
Foreks bazarlarında EUR/USD məzənnəsi keçən həftə 1.1284$-a kimi bahalaşmaqla, son yarım ilin maksimum səviyyəsini yeniləyib. Lakin Avrozonada may ayında inflyasiyanın yenidən son beş ayın minimum səviyyəsinə kimi azalması, avroya olan təzyiqləri yenidən artırmaqla, avro/dollar məzənnəsinin də 1.1124 və 1.1025$-a kimi ucuzlaşmasına səbəb ola bilər.
Bununla yanaşı, bu həftənin cümə axşamı Bakı vaxtı ilə saat 16:30-da baş tutacaq Avropa Mərkəzi Bankının mətbuat konfransı da investorların diqqət mərkəzindədir və dünya birjalarında ticarət aktivliyinin daha da artmasına səbəb ola biləcəyi gözlənilir.
GBP
GBP/USD valyuta cütlüyünün qiyməti isə 1.29 - 1.28$ aralığında ticarət edilməkdədir.
Funt/Dollar valyuta cütlüyü qiymətinin texniki mənzərəsi üzrə təhlillərə əsasən, qiymətin gələcək günlərdə də sözügedən aralıqda ticarət ediləcəyi proqnozlaşdırılır. Eyni zamanda, cümə axşamı Böyük Britaniyada baş tutacaq növbədənkənar parlament seçkiləri maliyyə bazarlarında güclü dalğalanmalara səbəb ola bilər.
TRY
Türkiyə maliyyə bazarlarında da türk lirəsinin bahalaşması trendində zəifləmə müşahidə edilir. Beləliklə, 3.5068TL-ə kimi bahalaşan lirənin qiyməti 3.50TL-nin altında qalarsa, yenidən 3.5565TL-ə kimi də ucuzlaşa bilər. Türkiyədə inflyasiyanın 12%-ə kimi yüksəlməsi gözləntilərinin türk lirəsinin qiymətinə təzyiq edə biləcəyi gözlənilir.
OIL
Enerji bazarlarında Avropanın Brent markalı neftinin bir barel qiyməti yenidən bahalaşmağa başlayıb. Bazar ertəsi səhər 51$-a kimi bahalaşan Brent nefti 50.73$-a kimi də bahalaşaraq, bu səviyyənin üzərində möhkəmlənərsə, 53.79$-a kimi də dəyər qazana bilər. Amerikanın neft ehtiyatlarının cari ilin maksimum səviyyəsində azalması, neftə olan tələbin yüksək olmasına işarədir və qiymətlərin bahalaşmasına təsir edir.
GOLD
Əlvan metallar bazarında qızıla olan tələb yüksək olaraq qalır. Beləliklə, 1282$-a (41.1 $/qram) kimi bahalaşan qızılın bir unsiya üzrə qiyməti gələcək günlər ərzində 1288$-a (41.3 $/qram) kimi də bahalaşa bilər.
İnvestisiya ilə bağlı suallarınızı *1234 telefon nömrəsi və www.investaz.az veb saytı vasitəsilə bizə ünvanlaya bilərsiniz.
“İnvest-AZ İnvestisiya Şirkəti” QSC-nin Analitika Departamenti
“İnvest-AZ İnvestisiya Şirkəti” Qapalı Səhmdar Cəmiyyətinin fəaliyyəti Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən tənzimlənir. Şirkət, 09.01.2016-cı il tarixli 087986 saylı lisenziyası əsasında broker, anderraytinq (diler), marja ticarəti (forex), fərdi investorların portfelinin idarə edilməsi, market meykerlik və sair investisiya xidmətləri üzrə fəaliyyət göstərməkdədir.
Risk bildirişi.
Yuxarıda göstərilən məlumatlar tamamilə tövsiyə xarakterlidir. Bu fəaliyyət üzrə həyata keçirilən əməliyyatlar yüksək risk qrupuna daxildir və “İnvest-AZ İnvestisiya Şirkəti” QSC yuxarıda göstərilən məlumatlar əsas götürülməklə, həyata keçirilən investisiya əməliyyatları üzrə heç bir öhdəlik daşımır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
-
2 saat əvvəl
“Qlobal Pul Həftəsi”ndə Bank of Baku-dan yaradıcı müsabiqə - ÖZ PULUNU YARAT!
-
3 saat əvvəl
Azərbaycan İdman Rəqsləri Federasiyasına yeni prezident seçildi
-
-
3 saat əvvəl
Qlobal enerji bazarları İranın qaz sahəsinə və neft obyektlərinə edilən hücum xəbəri ilə sarsıldı
-
3 saat əvvəl
Tramp bir daha müttəfiqləri Hörmüz boğazının açılmasına kömək etməyə çağırıb
- 3 saat əvvəl
-
3 saat əvvəl
İllik 18% gəlirlilyi olan istiqrazlar 50 investor tərəfindən əldə edilib
- 3 saat əvvəl
-
4 saat əvvəl
"Kür" markalı kompüterləri yığan şirkətin fəaliyyətinə xitam verilib
-
4 saat əvvəl
NEQSOL Holding və Təhsilin İnkişafı Fondu PARLA Tələbə Qızlar üçün Təqaüd Proqramını davam etdirir
- 4 saat əvvəl
-
4 saat əvvəl
Prezident Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Azərbaycan İdman Rəqsləri Federasiyasına yeni prezident seçildi
"Mayak Residence"dən xüsusi reklam çarxı - VİDEO
"CHELEBI" mağazasını idarə edən şirkətin kapitalı azaldılıb
"Kür" markalı kompüterləri yığan şirkətin fəaliyyətinə xitam verilib
Ən çox oxunanlar
NEQSOL Holding və Təhsilin İnkişafı Fondu PARLA Tələbə Qızlar üçün Təqaüd Proqramını davam etdirir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Prezident Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib
Nazir Çin şirkətinin vitse-prezidenti ilə görüşüb, Hacıqabulda həyata keçirilən layihə müzakirə olunub
AFB Bank-dan yeni “Mono Əməkhaqqı Kartı” – şirkətlər üçün daha sərfəli maaş layihəsi
Qızıl ucuzlaşır - Qiyməti 5000 dollardan aşağı düşdü
262 manata məhsulu sığortaladı – 8801 manat sığorta ödənişi aldı!




















