AÇG-dən indiyədək 155 milyard dollar gəlir əldə olunub
Xəzərin Azərbaycan sektorunda yerləşən "Azəri-Çıraq-Günəşli" (AÇG) neft-qaz yataqları blokundan indiyədək 545 mln. ton neft hasil edilib.
Bu barədə Azərbaycanın energetika naziri Pərviz Şahbazov "Azərbaycan inkişaf modeli: dünən, bu gün və sabah" mövzusunda keçirilən konfransda çıxış edərkən bildirib.
Onun sözlərinə, AÇG-dən indiyədək əldə olunan gəlirlər 155 mlrd. dollar təşkil edib.
P. Şahbazov qeyd edib ki, bu ilin yanvar-noyabr aylarında Azərbaycan Trans-Anadolu və Trans-Adriatik qaz kəmərləri vasitəsi ilə Türkiyə va Avropaya 12,4 mlrd. kubmetr qaz nəql edib. Hesabat dövründə Avropaya 7,3 mlrd. kubmetr qaz tədarük edilib.
Nazir onu da vurğulayıb ki, Avropaya qaz ixracının artırılması üçün böyük potensial var və ehtiyac duyulsa, tədarük həcmləri və coğrafiyas genişləndirilə bilər.
P. Şahbazov əlavə edib ki, 2024-cü ildə Azərbaycanda qaz hasilatı 50 mlrd. kubmetrə çatacaq.
Xatırladaq ki, bu il AÇG-də 171,6 mln. barel neftin hasil olunacağı proqnozlaşdırılır.
Qeyd edək ki, AÇG-də pay bölgüsü bu nisbətdədir: BP – 30,37% (operator), AzACG (SOCAR) – 25,00%, MOL – 9,57%, "Inpex" – 9,31%, "Equinor" (keçmiş "Statoil") – 7,27%, "ExxonMobil" – 6,79%, TPAO – 5,73%, "Itochu" – 3,65% və "ONGC Videsh Ltd." (OVL) – 2,31%. Tərəflər arasında razılaşma 30 il müddətinə etibarlı idi (2024-cü ildə başa çatmalı idi). Buna baxmayaraq, 2017-ci il sentyabr ayının 14-də Azərbaycan hökuməti və SOCAR, beynəlxalq tərəfdaşlar şirkətlərlə birlikdə AÇG-nin birgə işlənməsi və Hasilatın Pay Bölgüsü haqqında dəyişdirilmiş və yenidən işlənmiş sazişi imzaladılar. AÇG-nin 2050-ci ilə qədər inkişafını əhatə edən yeni müqavilə əsrin ortalarınadək blokun inkişaf potensialını əhəmiyyətli dərəcədə artırmağa imkan yaradacaq.
Telegramda Marja.az səhifəsinə abunə olun
APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
-
1 həftə sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 10 saat əvvəl
- 10 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Şarjsız elektrik hissi - Nissan Qashqai E-POWER (HYBRID)
Unibankda kreditlər bu şənbə də 0 % komissiyalıdır!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər
Dövlət Agentliyinə məxsus şirkət ləğv olunur





.jpg)
.jpg)





.jpg)







