İlk konteyner qatarı Keşlə stansiyasında
Son vaxtlar Azərbaycan və Gürcüstan dəmir yolları arasında ikitərəfli əlaqələrin daha da genişləndirilməsi üçün mühüm addımlar atılır. İki ölkə arasında dəmir yoluna əlavə yük axınının cəlb edilməsi prossesi davam edir.
“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətindən verilən məlumata görə, dünən Gürcüstandan yola düşən ilk konteyner qatarı bu gün Keşlə stansiyasına çatıb. Qatar 26 konteyerdən ibarətdir.
“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti Yük daşımaları Departamentinin rəisi Əşrəf Məmmədəliyev KİV nümayəndələrinə məlumat verərək bildirib ki, aparılan çevik tarif siyasəti nəticəsində, ilkin hesablamalara görə Azərbaycanla Gürcüstan arasında il ərzində 40.000-ə yaxın konteynerin daşınması mümkün olacaqdır. Bu da əlavə 1 milyon ton yükün daşınması deməkdir.
Xatırladaq ki, Azərbaycan və Gürcüstan dəmir yolu rəhbərləri arasında, dəmir yoluna konteyner daşımalarının daha çox cəlb edilməsi barədə müvafiq sənəd imzalanıb. Həmin sənədə əsasən, Gürcüstanla Azərbaycan arasında dəmir yolu ilə konteyner daşımalarına rəqabətə davamlı, eləcə də 50 faizə qədər güzəştli tariflər tətbiq olunmuşdur və bu tariflər 01.06.2017-ci il tarixdən yük daşımalara tətbiq edilir.
Konteyner daşımalarının həyata keçirilməsi üçün Azərbaycan və Gürcüstan tərəfi konteyner qatarı hazırlayıb. Bu qatarların hərəkəti üçün xüsusi cədvəl tərtib olunub və hərəkət sürəti digər yük qatarlarının hərəkət sürəti ilə müqayisədə 2 dəfə yüksəkdir. Belə ki, bu qatarlar Poti və Bakı arasında 900 km-ə yaxın məsafəni 30 saata qət edirlər.
Qeyd edəkl ki, konteyner qatarları, tələbata uyğun olaraq, həftədə bir neçə dəfə olmaqla fəaliyyət göstərəcəkdir. Yükgöndərənlərin sifarişi əsasında, Gürcüstan limanlarından yüklənən konteyner qatarları Bakı, Astara, Ələt, Xırdalan, Sumqayıt və digər regionlara da göndərilə bilər.
Gürcüstan limanlarından yüklənən konteyner qatarlarının Azərbaycanda yük sahiblərinə çatdırılıb, boşaldılıb və geriyə qaytarılması, maksimum 5 sutka ərzində həyata keçiriləcək
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
-
1 həftə sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
-
12 saat əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 12 saat əvvəl
- 12 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Şarjsız elektrik hissi - Nissan Qashqai E-POWER (HYBRID)
Unibankda kreditlər bu şənbə də 0 % komissiyalıdır!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər
Dövlət Agentliyinə məxsus şirkət ləğv olunur




.jpg)







.jpg)









