ABB-nin yeni konseptdə qurulmuş filialı istifadəyə verildi
ABB yeni konseptdə qurulmuş Binəqədi filialını istifadəyə verib.
Bankın yaydığı məlumatda bildirlir ki, müştərilər üçün daha əlçatan olsun deyə filialın ünvanı dəyişib.
Binəqədi filialı hazırda gediş-gəliş üçün çox rahat bir yerdə - “Azadlıq” metrosunun yaxınlığında (Süleyman Sani Axundov küçəsi - 42) xidmət göstərir.
Müasir bankçılıq texnologiyaları ilə təchiz olunmuş filial binasında müştərilərə yüksək səviyyədə xidmət üçün hər cür şərait yaradılıb. Fərdi və korporativ müştərilər ABB-nin Binəqədi filialında kassa-hesablaşma əməliyyatları, istehlak, ipoteka və biznes kreditləri, əmanətlər, pul köçürmələri, plastik kartların sifarişi, nağd valyuta ilə əməliyyatlar və s. bu kimi çeşidli məhsul və xidmətlərdən faydalana bilərlər.
ABB-nin İdarə Heyəti sədrinin birinci müavini İlham Həbibullayev Bankın filiallarının yenilənməsi prosesinin uğurla davam etdirildiyini bildirib:
“Ofislərimizin yenilənməsi müxtəlif seqmentlərdən olan müştərilərimizə daha keyfiyyəli xidmət üçün geniş imkanlar yaradır. Binəqədi filialı ABB-nin yeni brend kimliyinə uyğun dizayn edilib. Filial və şöbələrimizin ABB-nin yeni brend kimliyinin təcəssümü olan “Müasir, Faydalı, Universal” sloqanına uyğun fəaliyyət göstərməsi bizim üçün çox mühümdür”. O, yaxın müddətdə digər yenilənmiş filial və şöbələrin də açılışının olacağını qeyd edərək bu prosesin növbəti dövrlərdə də davam edəcəyini vurğulayıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
5 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 1 gün sonra
-
- 6 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycanda ödənişli hərbi xidmət olacaqmı? Generaldan konkret cavab
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Ərzaqlıq buğdanın dövlət tədarük qiyməti müəyyən edildi
“Crunch” Ağ Şəhərdə filialını açır
Azərbaycanda investisiya vərdişləri necə inkişaf edə bilər?
İyunun 28-də gözlənilən hava şəraiti
Ən çox oxunanlar
“Neqodnı” olan vətəndaşlara çağırış edirəm: "Vaxtında komissiyadan keçin ki, biz sizin haqqınızda hər hansı tədbirləri həyata keçirməyək"
"Attestatla qəbul haqqında reklamlara tez-tez rast gəlirik. Burada məqsəd nədir: Savad və bilik əldə etmək, yoxsa müddətli həqiqi xidmətdən yayınmaq?"
Qızıl gətir, sərfəli kredit götür!
ABŞ, Trampın Tehranı Hörmüz boğazında atəşkəsi pozmaqda ittiham etməsindən sonra İrana zərbələr endirib
Ağ Evdən OpenAI-a GPT-5.6 göstərişi

























