Sahibkarların Caspian American Club adlı yeni birliyi yaradılıb
“2016-cı il dekabrın 24-dən etibarən Caspian European Club (Caspian Business Club) və Caspian Energy International Media Group-un dəstəyilə yaradılmış Caspian American Club adlı yeni birlik fəaliyyətə başlayır”, - deyə Caspian European Club-un (Caspian Business Club) sədrinin birinci müavini və baş icraçı direktoru Telman Əliyev bildirib.
Onun sözlərinə görə, Caspian American Club-un təsis edilməsi Şimali və Cənubi Amerika ölkələrinin şirkətləri ilə Xəzər-Qara dəniz regionu şirkətləri arasında biznes dialoqun növbəti inkişaf və canlanma dövrüdür.
Caspian American Club üç il ərzində Caspian European Club (Caspian Business Club) ilə paralel fəaliyyət göstərəcək. Rəhbərlik, idarə heyətinin üzvləri və icraiyyə komitəsi isə hər iki təşkilat üçün eyni olacaq.
“Caspian European Club-un (Caspian Business Club) bütün şirkətləri avtomatik şəkildə Caspian American Club-un tərkibinə daxil olacaq”, - deyə o çıxışına davam edib.
“Caspian American Club-un yaradılmasına təkan verən əsas amil Caspian European Club-un (Caspian Business Club) üzv şirkətləri ilə əlaqələr qurmaq arzusunda olan Şimali və Cənubi Amerika dövlətləri şirkətlərinin, həmçinin İKT, sənaye, kənd təsərrüfatı və digər sahələrdə ixracyönümlü məhsul istehsal edən, öz məhsulu və xidmətləri ilə Şimali və Cənubi Amerika ölkələri bazarlarına çıxmaq niyyətində olan Xəzər-Qara dənizi regionu şirkətlərinin müraciətləri olub. Bu həmçinin turizm sektorunun inkişafına müsbət təsir göstərəcək”, - deyə Telman Əliyev qeyd edib.
Caspian European Club (Caspian Business Club) kimi Caspian American Club-un da mənzil-qərargahı Bakıda, Caspian Plaza biznes mərkəzində yerləşəcək.
Onun sözlərinə görə, Caspian European Club (Caspian Business Club) 2002-ci ilin iyununda Xəzər-Qara dəniz regionunda fəaliyyət göstərən nəhəng neft-qaz şirkətlərinin dəstəyilə yaradıldığını qeyd edib.Caspian European Club-un (Caspian Business Club) Sədri Azərbaycan Respublikası Prezidenti Zati-aliləri cənab İlham Əliyevdir. Telman Əliyevin sözlərinə görə, sıralarında 5 mindən artıq şirkət və təşkilatı birləşdirən Caspian European Club (Caspian Business Club) dünyanın 50 ölkəsində fəaliyyət göstərir və dövlət qurumları ilə özəl sektor arasında dialoqa dəstəyin verilməsi, əlverişli investisiya və biznes mühitinin yaradılmasına xidmət edən proqram və təkliflərin həyata keçirilməsi istiqamətində fəal iş aparır. CaspianEuropean Club (Caspian Business Club) çərçivəsində müəyyən sahələr üzrə ixtisaslaşmış birliklər fəaliyyət göstərir. Onlara öz sahələri üzrə lider olan və onun inkişafı üzrə fəal təşəbbüs irəli sürən şirkət rəhbərləri rəhbərlik edirlər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
4 saat əvvəl
Bakı–Tbilisi–Bakı sərnişin qatarlarının fəaliyyətilə bağlı yeni məlumat
-
- 6 saat əvvəl
-
6 saat əvvəl
Barclays: Robotlar Çinin işçi qüvvəsi itkisinin 60 faizini kompensasiya edə bilər
-
7 saat əvvəl
Azercell “Baku Flames” festivalında ilin “Ən Yaxşı Yerli Brend”i seçildi
-
7 saat əvvəl
AIREX 2026: Azərbaycan beynəlxalq daşınmaz əmlak sərgisinə ev sahibliyi edəcək
-
7 saat əvvəl
İnnovativ Gac Aion i60 modelinin Bakıda möhtəşəm təqdimatı baş tutdu
-
8 saat əvvəl
Sağlamlıq haqqında tibbi arayış olmadan işə qəbul qadağan edilir
- 8 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
Eldar Əzizov: Güclü yağışlarla mübarizə üçün Bakıda islahatlara ehtiyac var
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 25 GÜN
Neft İranla bağlı xəbərlər fonunda ucuzlaşır
İnnovativ Gac Aion i60 modelinin Bakıda möhtəşəm təqdimatı baş tutdu
Sağlamlıq haqqında tibbi arayış olmadan işə qəbul qadağan edilir
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
1 gündə 500-ə yaxın sığortalı zərər görüb
Azərbaycanda daha bir aqropark yaradılıb
"İnvestAZ" ADPU Quba filialında seminar keçirib
Nazir Nəbiyev Dünya Bankının nümayəndə heyəti ilə görüşüb






.jpg)
.jpg)






.jpg)








