PAŞA Bank Ani Ödənişlər Sisteminə qoşuldu
(®) Müştərilərin ehtiyaclarını daha geniş təmin etmək məqsədi ilə ölkənin aparıcı korporativ bankı “PAŞA Bank” Ani Ödənişlər Sisteminin (AÖS) istifadəsini təmin edən bankların siyahısına qoşulub.
Ödəniş sisteminin əsas funksiyası ödəniş xidmətlərinin korporativ müşləriləri üçün hər yerdə, hər zaman əlçatan olması və əməliyyatlar üzrə tam hesablaşmaların 24/7 rejimində saniyələr ərzində başa çatdırıla bilməsidir. Sistemdə aparılan əməliyyatlar üzrə avtorizasiya, klirinq və hesablaşmalar vahid tranzaksiya formatında real rejimdə həyata keçirilir.
Beləliklə, bankın müştərilərinə bank hesablarının “Açıq bankçılıq” prinsipləri əsasında məsafəli qeydiyyatdan keçirilməsi, qeydiyyatdan çıxarılması, habelə hesab qalığı üzrə məlumatların əldə edilməsi və əməliyyatların aparılması üzrə növbəti rahat imkan yaradılmışdır.
Qeyd edək ki, Azərbaycan Respublikasının Mərkəzi Bank tərəfindən yaradılmış AÖS-də əməliyyatlar milli valyutada aparılır. Müştəri hesabının hər hansı başqa bir valyutada olması halında ödəniş bank tərəfindən günün məzənnəsinə uyğun olaraq konvertasiya ilə icra olunur.
Ani Ödənişlər Sistemi haqqında ətraflı məlumatı https://anipay.az veb-sayt vasitəsi ilə əldə etmək mümkündür.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 16 saat sonra
-
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
4 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 5 saat əvvəl
-
6 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
“BQ” ASC-nin xalis mənfəəti 52% artıb
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

























