"Faiz dəhlizinin aşağı həddi ilk olaraq 11%-ə endirilməlidir"
Depozit hərraclarında tələb təklifi dəfələrlə üstələsə də, hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi 12,01%-dən aşağı düşmür. Buna faiz dəhlizinin aşağı həddi imkan vermir.
Azərbaycanm Mərkəzi Bankı (AMB) iyunun ortalarında uçot dərəcəsinin təkrar baxılması məsələsinin müzakirəsini planlaşdırır. Bu barədə bankın İdarə Heyətinin sədri Elman Rüstəmov bəyan edib.
"May ayında keçirilən monitorinqin nəticlərinə görə, inflyasiyanın azalması trendi davam edir. Bu vəziyyətdə uçot dərəcəsinin yüngülləşdirilməsi, təkrar baxılması məsələsi aktuallaşır. İyunun ortalarında AMB-nin komitəsinin iclasında gündəlikdə duran əsas məsələ olacaq”, - deyə E.Rüstəmov jurnalistlərə bildirib.
Tanınmış İqtisadçı ekspert Samir Əliyev “Marja”ya bildirdi ki, faiz dəhlizinin aşağı həddi 12%-dən ilk olaraq 11%-ə endirilməlidir:
“Mərkəzi Bank tərəfindən keçirilən depozit hərraclarının nəticəsi göstərdi ki, banklar tərəfindən tələbat yüksək olaraq qalmaqdadır. Təkcə may ayında keçirilmiş 7 hərrac vasitəsilə banklara ödəniləcək faiz gəliri təxminən 6,3 milyon manat olacaq. Ümumilikdə isə bu ilin 5 ayında təşkil edilmiş 29 hərrac vasitəsilə Mərkəzi Bank 26,5 milyon manata qədər likvidlik verib. Son 17 hərracın hamısında tələb təklifi üstələyib. Elə bunu nəticəsi olaraq illik gəlirlilik 14,65%-dən 12,01%-ə düşüb. Son 4 hərracda da eyni ilə tələb təklifdən 2-3 dəfə çox olmasına rəğmən baş bankın təklif etdiyi illik faiz dərəcəsi sabit (12,01%) qalıb. Halbuki hərracın nəticəsində tələbin təklifi 2-3 dəfə üstələməsi təklif edilən faiz dərəcəsinin aşağı salınması üçün əsasdır. Düşünürəm ki, hərracın nəticəsi olaraq faiz dəhlizinin aşağı həddi 12%-dən ilk olaraq 11%-ə endirilməlidir. Proseslərdən asılı olaraq sonrakı mərhələdə qərara yenidən baxmaq olar. İndiki hədd Mərkəzi Banka faiz dərəcəsini aşağı salmağa imkan vermir və bunu nəticəsidir ki, son 4 hərracda 12,01% səviyyəsində qalıb”.
Qeyd edək ki, hazırda faiz dərəcəsinin aşğı həddi 12, yuxarı həddi 18%, uçot faiz dərəcəsi isə 15%-dir.
Vəsaitlərin cəlb olunması (sterlizasiya xarakterli) məqsədilə açıq bazar əməliyyatları faiz dəhlizinin aşağı həddi ilə uçot dərəcəsi arasında dəyişən faiz dərəcələri ilə aparılır. Açıq bazar əməliyyatlarına Depozit əməliyyatları, Mərkəzi Bankın qısamüddətli notlarının emissiyası, REPO əməliyyatları və Vəsaitlərin yerləşdirilməsi daxildir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
11 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
11 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
12 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 13 saat əvvəl
-
13 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
13 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 13 saat əvvəl
-
13 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb




























