Azərbaycanda 10 bank mənfəət vergisini vaxtından əvvəl ödəyib
Azərbaycanda fəaliyyət göstərən 26 bankdan 10-u mənfəət vergisi ödəmək üçün ilin sonunu gözləməyib.
Bunlar "Kapital Bank", "Azərbaycan Beynəlxalq Bankı", "PAŞA Bank", "Bank of Baku", "Xalq Bank", "Express Bank", “Naxçıvan Bank”, “Azərbaycan Sənaye Bankı” və “Ziraat Bank Azərbaycan” ASC-lər, eləcə də "Yapı Kredi Bank Azərbaycan" QSC-dir.
Adları çəkilən banklar bu ilin yanvar-sentyabr aylarında dövlət büdcəsinə ümumilikdə 93 milyon 757 min manat mənfəət vergisi ödəyiblər. Bu baxımdan ən yüksək göstərici "Kapital Bank"da (36,744 milyon manat), ən aşağı göstərici isə “Zıraat Bank Azərbaycan”da (341 min manat) qeydə alınıb.
Qalan 16 bank isə bu məsələni ilin sonuna saxlayıb. Bunlardan 3-ü bu ilin 9 ayını zərərlə başa vurmuş “Bank Avrasiya” ASC, “Access Bank” QSC və Pakistan Milli Bankının Bakı filialıdır ki, onların da mənfəət vergisi ödəməməsi təbidir.
Azərbaycanda 8 bankın mənfəət vergisi ödəmələri azalıb
Azərbaycanda fəaliyyət göstərən 26 bankdan 10-u bu ilin yanvar-sentyabr aylarında mənfəət vergisi ödəyib ki, bunlardan da 3-də sözügedən göstərici ötən ilin eyni dövrü ilə müqayisədə çox olub.
Bunlar “Bank of Baku”, “Express Bank” və “Zıraat Bank Azərbaycan” ASC-lərdir.
Qalan 7 bankdan 6-nın – “PAŞA Bank”, “Kapital Bank”, "Xalq Bank", “Zıraat Bank Azərbaycan”, “Azərbaycan Beynəlxalq Bankı” və “Azərbaycan Sənaye Bankı” ASC-lərin mənfəət vergisi ödəmələri azalıb, 1 bank - “Naxçıvan Bank” ASC isə bu ilin 9 ayında mənfəət vergisi ödəsə də, ötən ilin eyni dövründə ödəməyib. Odur ki, onun vergi ödəmələrinin dinamikasını hesablamaq mümkün olmayıb.
2 bankın – “Premium Bank” ASC-nin və İran Milli Bankının Bakı filialının isə mənfəət vergisi ödəmələri 100% azalıb.
Bu ilin 9 ayında mənfəət vergisi ödəməmiş 14 bank isə həm də ötən ilin eyni dövründə mənfəət vergisi ödəməyib. Odur ki, həmin bankların da vergi ödəmələrinin dinamikasını hesablamaq mümkün olmayıb.
Telegramda Marja.az səhifəsinə abunə olun
"Renkinq"
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 11 saat sonra
-
-
3 saat əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
8 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 9 saat əvvəl
-
10 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 10 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!






















