Qlobal borclar 296 trilyon dollara çatıb
Beynəlxalq Maliyyə İnstitutunun (IIF) yaydığı yeni hesabatda, qlobal borc məbləğinin bu ilin üçüncü rübündə 296 trilyon dollar təşkil etdiyi bildirilib.Beynəlxalq Maliyyə İnstitutu (IIF) "Qlobal Borc Monitoru" hesabatını dərc edib.
Marja.az hesabata istinadən xəbər verir ki, qlobal borc məbləği bu ilin üçüncü rübündə 296 trilyon dollar olaraq hesablanıb. Qlobal borc məbləği, keçən ilin eyni dövründə 280,1 trilyon dollar təşkil etmişdi.
Qlobal borclar, bu ilin ikinci rübündə tarixinin ən yüksək səviyyəsinə çatmasının ardından üçüncü rübdə məhdud azalıb, amma rekord səviyyəyə yaxın qalıb.
Bu il qlobal borclardakı artım yavaşlayarkən, 2021-ci ilin sonunda 295 trilyon dollara düşəcəyi, ancaq yenə də Covid-19 pandemiyasından əvvəlki səviyyədən 36 trilyon dollar yüksək olacağı təxmin edilir.
İnkişaf etməkdə olan ölkələrin borcu rekord səviyyəyə çatıb
Qlobal borcun, ölkələrin cəmi ümumi daxili məhsullarına (ÜDM) nisbəti isə daha güclü iqtisadi fəaliyyət və yüksək inflyasiyanın köməyilə azalma göstərməyə davam edərək 350%-ə enib.
Qeyd edilib ki, güclü iqtisadi bərpa qlobal borcun ÜDM-ə nisbətinin düşməsinə kömək edir, ölkələrin 70%-indən çoxu 2020-ci ilin sonundan bu yana borc nisbətlərində azalma qeyd edib.
Qlobal borcun ÜDM-ə nisbətinin bu il 346%-ə düşəcəyi nəzərdə tutulur.
İnkişaf etmiş iqtisadiyyatların cəmi borcu bu ilin üçüncü rübündə 204 trilyon dolların altına geriləyib, inkişaf etməkdə olan iqtisadiyyatların cəmi borcları 92,5 trilyon dollar ilə tarixinin ən yüksək səviyyəsinə çatıb.
Cəmi borcun ÜDM-əə nisbəti inkişaf etmiş iqtisadiyyatlarda ilin üçüncü rübündə 410%, inkişaf etməkdə olan iqtisadiyyatlarda 247% təşkil edib.
Hesabata görə, ailələrə aid borclar ilin üçüncü rübündə 55,4 trilyon dollar, qeyri-maliyyə şirkətlərə aid borclar 86,6 trilyon dollar, dövlətə aid borclar 86,3 trilyon dollar və maliyyə şirkətlərinə aid borclar 67,8 trilyon dollar olaraq hesablanıb.
Müştərilərin xəbərləri
Türkiyə, Gürcüstan, Özbəkistan kimi ölkələrə gedənlərin nəzərinə: gözlənilməz xərclərə hazırlıqlı olun!
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 3 gün sonra
-
- 21 d. əvvəl
-
29 d. əvvəl
Mərkəzi Bank: Fermerlərin kreditlərə çıxışını asanlaşdırmaq üçün yeni alətlər hazırlanır
- 33 d. əvvəl
-
1 saat əvvəl
"Novex Group" Beynəlxalq Qida Sənayesi Sərgisində geniş məhsul portfeli ilə iştirak edir - VİDEO
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
10 saat əvvəl
“Bakı Marafonu 2026” Azercell-in eksklüziv tərəfdaşlığı ilə baş tututb
- 17 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Türkiyə, Gürcüstan, Özbəkistan kimi ölkələrə gedənlərin nəzərinə: gözlənilməz xərclərə hazırlıqlı olun!
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 6 GÜN
Qlobal borcun həcmi 350 trilyon dolları keçib
"Yaşıl Cümə"də səni hansı fürsətlər qarşılayacaq bilirsən?
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 6 GÜN
Rəsmi məzənnələr açıqlandı
Ən çox oxunanlar
Neft və təbii qaz ucuzlaşıb, qızıl bahalaşıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən edilib
Qubanın 3 kəndinin adı dəyişdirilir
















.jpg)





