"Ziraat Bank Azərbaycan"ın xalis mənfəəti 2 dəfə artıb
“Ziraat Bank Azərbaycan” daha da böyüyüb, gəlirləri və mənfəəti kəskin artıb."Ziraat Bank Azərbaycan" ASC 2021-ci ilin 9 ayını 3 milyon 899 min manat xalis mənfəət ilə başa vurub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2 dəfə çoxdur. Bank 2020-ci ilin 9 ayını 1 milyon 940 min manat xalis mənfəət ilə bağlamışdı. Xalis mənfəətin artması gəlirlərin artmasından və aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına ayırmanın azalmasından qaynaqlanır.
Marja.az Bankın hesabatına istinadən xəbər verir ki, 2021-ci ilin 9 ayında “Ziraat Bank Azərbaycan”ın cəmi əməliyyat gəlirləri (faiz və qeyri-faiz xərcləri) 23 milyon 434 min manat, cəmi əməliyyat xərcləri (faiz və qeyri-faiz xərcləri) 15 milyon 138 min manat, faiz borcları üzrə yaradılmış məqsədli ehtiyatlar 2 milyon 765 min manat, gəlirlər xərcləri üstələdiyindən əməliyyat mənfəəti 5 milyon 531 min manat təşkil edib. Bank əməliyyat mənfəətindən 1 milyon 291 min manat aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına ayırıb, 341 min manat mənfəət vergisi ödəyib. Beləliklə, "Ziraat Bank Azərbaycan" ASC 2021-ci ilin 9 ayını 3 milyon 899 min manat xalis mənfəət ilə başa vurub.
Xatırladaq ki, 2020-ci ilin 9 ayında “Ziraat Bank Azərbaycan”ın cəmi əməliyyat gəlirləri (faiz və qeyri-faiz xərcləri) 17 milyon 342 min manat, cəmi əməliyyat xərcləri (faiz və qeyri-faiz xərcləri) 11 milyon 660 min manat, faiz borcları üzrə yaradılmış məqsədli ehtiyatlar 1 milyon 207 min manat, gəlirlər xərcləri üstələdiyindən əməliyyat mənfəəti 4 milyon 475 min manat təşkil etmişdi. Bank əməliyyat mənfəətindən 2 milyon 232 min manat aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına ayırmış, 303 min manat mənfəət vergisi ödəmişdi. Nəticədə, "Ziraat Bank Azərbaycan" ASC həmin dövrü 1 milyon 940 min manat xalis mənfəət ilə bağlamışdı.
“Ziraat Bank Azərbaycan”ın cəmi əməliyyat gəlirlərinin 6 milyon 92 min manat artmasına qarşılıq, cəmi əməliyyat xərcləri 3 milyon 478 manat, faiz borcları üzrə yaradılmış məqsədli ehtiyatlara ayırma 1 milyon 558 min manat artıb. Nəticədə, bu ilin 9 ayında əməliyyat mənfəəti 1 milyon 56 min manat daha çox olub.
“Ziraat Bank Azərbaycan”ın faiz gəlirləri 2021-ci ilin 9 ayında ötən ilin eyni dövrü ilə müqayisədə 5 milyon 580 min manat artaraq 18 milyon 386 min manata, qeyri-faiz gəlirləri isə 511 min manat artaraq 5 milyon 49 min manata yüksəlib.
BANK BÖYÜYÜB
“Ziraat Bank Azərbaycan”ın cəmi aktivləri 2021-ci ilin 9 ayında ötən ilin sonu ilə müqayisədə 41 milyon 886 min manat və ya 14% arataraq 340 milyon 848 min manata yüksəlib. Bank ötən ilin sonunda 298 milyon 962 min manat cəmi aktivlərə malik idi.
MÜŞTƏRİLƏRƏ VERİLMİŞ KREDİTLƏR ARTIB
“Ziraat Bank Azərbaycan” tərəfindən müştərilərə verilmiş cəmi kreditlər 2021-ci ilin 9 ayında ötən ilin sonu ilə müqayisədə 31 milyon 214 min manat və ya 19,7% arataraq 189 milyon 523 min manata yüksəlib. Ötən ilin sonunda Bankın kredit portfeli 158 milyon 309 min manat təşkil etmişdi.
“Ziraat Bank Azərbaycan”ın qiymətli kağızlara investisiyaları 2021-ci ilin 9 ayında ötən ilin sonu ilə müqayisədə 17 milyon 337 min manat arataraq 41 milyon 435 min manata yüksəlib. Ötən ilin sonunda Bankın qiymətli kağızlara investisiyaları 24 milyon 98 min manat təşkil etmişdi.
DEPOZİTLƏR ARTIB
“Ziraat Bank Azərbaycan”da cəmi depozitlər 2021-ci ilin 9 ayında ötən ilin sonu ilə müqayisədə 27 milyon 604 min manat və ya 18,2% arataraq 179 milyon 472 min manata yüksəlib. Ötən ilin sonunda Bankın depozit portfeli 151 milyon 868 min manat təşkil etmişdi.
MƏCMU KAPİTALI ARTIB
30 Sentyabr 2021-ci il tarixində “Ziraat Bank Azərbaycan” 74 milyon 627 min manat məcmu kapitala malik olub. 31 Dekabr 2020-ci il tarixində “Ziraat Bank Azərbaycan” 70 milyon 83 min manat məcmu kapitala malik idi.
Qeyd edək ki, “Ziraat Bank Azərbaycan” ASC-nin səhmdarları “T.C.Ziraat Bankası Anonim Şirkəti” (99.98%), “Ziraat Sigorta Anonim Şirkəti” (0.01%) və “Ziraat Yatırım Menkul Değerler Anonim Şirkəti”dir (0.01%).
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 gün sonra
- 30 d. əvvəl
-
- 32 d. əvvəl
-
42 d. əvvəl
1-ci rübdə 6,6 milyon ton neft, 12,6 milyard kubmetr təbii qaz hasil edilib
-
2 saat əvvəl
Expressbank-ın xalis mənfəəti 2026-cı ilin ilk rübündə 35%-dən çox artıb
- 2 saat əvvəl
-
2 saat əvvəl
“Azerconnect Group”un baş direktoru Emil Məsimov “Yüksəliş” müsabiqəsinin qalibi ilə görüşüb
-
2 saat əvvəl
ABB mənfəətində yüksək artım açıqladı – BANKIN 1-Cİ RÜB ÜZRƏ MALİYYƏ VƏZİYYƏTİ MƏLUM OLDU
-
2 saat əvvəl
"Yapı Kredi Bank Azərbaycan" son maliyyə vəziyyətini açıqladı
- 3 saat əvvəl
-
3 saat əvvəl
Azərbaycanın strateji valyuta ehtiyatları 16 faiz artıb, 85 milyard dolları keçib
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
"PAŞA Bank" səhmlərinə sahib olun!
PAŞA Kapital ilə PAŞA Bank səhmdarı ol
"Azərbaycan Sənaye Bankı"nın xalis mənfəəti cüzi azalıb
“Azerconnect Group”un baş direktoru Emil Məsimov “Yüksəliş” müsabiqəsinin qalibi ilə görüşüb
ABB mənfəətində yüksək artım açıqladı – BANKIN 1-Cİ RÜB ÜZRƏ MALİYYƏ VƏZİYYƏTİ MƏLUM OLDU
Ən çox oxunanlar
"Yapı Kredi Bank Azərbaycan" son maliyyə vəziyyətini açıqladı
"İPO-da əsas anderrayter kimi iştirak etmək bizim üçün həm məsuliyyət, həm də yüksək etimadın ifadəsidir"
“Azpetrol LTD” MMC “Top 100” vergi ödəyicisi siyahısında 38-ci yerdə
Kart ödənişləri üzrə komissiyalara yuxarı hədd müəyyən edilib
Birbank Invest-lə PAŞA Bank səhmdarı ol
"Ötən il satınalmaların yarıdan çoxu rəqabətsiz keçirilib"
Azərbaycan iqtisadiyyatı cüzi kiçilib






.jpg)



.jpg)





