“Yapı Kredi Bank Azərbaycan” biznes kredit portfelini artırıb
2021-ci ilin üçüncü rübündə Yapı Kredi Bank Azərbaycan QSC müştərilərə verilən kreditlərin ümumi həcmini 13%, biznes kredit portfelini 17% və daşınmaz əmlak kreditlərini 19% artırmışdır.
Bankın yaydığı press-relizdə bildirilir ki, korporativ müştərilərə verilən kredit portfelinin həcmi ötən ilin eyni dövrü ilə müqayisədə artaraq 2021-ci ilin sentyabr ayının sonunda 113 milyon manata çatmışdır və həmin portfelin iqtisadi sahələr üzrə strukturunda qeyri-neft sektoru üstünlük təşkil edir. Qeyd edək ki, bank ötən rüb ərzində işğaldan azad olunan torpaqlarda yenidənqurma və bərpa işlərinə cəlb olunmuş şirkətləri biznes kredit imkanlarıyla dəstəkləmişdir.
Məlumatda qeyd edilib ki, 2021-ci ilin ilk 9 ayında Yapı Kredi Bank Azərbaycan QSC-nin cəmi əməliyyat gəlirləri xərcləri üstələmiş, nəticədə bankın əməliyyat mənfəəti 4.8 milyon manat təşkil etmişdir.
Bankın aktivləri 2021-ci ilin ilk 9 ayı ərzində artaraq 356 milyon manat olmuşdur. Cari ilin ilk rübündə I dərəcəli kapitalın adekvatlıq əmsalı 36%-ə, məcmu kapitalının adekvatlıq əmsalı isə 37%-ə çatmışdır. Nəticə etibarilə, bankın kapital adekvatlığı göstəriciləri tənzimləyici orqanın müəyyən etdiyi normalardan əhəmiyyətli dərəcədə yüksək olmuşdur. Qeyd edək ki, Mərkəzi Bankın tələblərinə görə məcmu kapitalın adekvatlılıq əmsalı minimum 10% olmalıdır.
2021-ci ilin üçüncü rübünün nəticələrinə görə hazırda bankın məcmu kapitalı 74 milyon manat təşkil edir və mövcud qanunvericiliyə əsasən məcmu kapitala minimum tələb 50 milyon manatdır.
Eyni zamanda, bankın sağlamlaşdırma siyasətini gücləndirmək məqsədi ilə bank ehtimal edilən mümkün zərərlər üçün kifayyət qədər ehtiyat fondu ayrırmağa davam etmişdir və cari ilin 3-cü ilin sonuna bu məbləğ toplam 41 milyon manat təşkil etmişdir.
Yapı Kredi Bank Azərbaycan Avropanın bir çox ölkəsində fəaliyyət göstərən bankçılıq qrupunun üzvüdür. Əsas səhmdarları Koç Holding (Türkiyə) olan bank, Azərbaycanda Bakı və Sumqayıt şəhərlərində yerləşən filialları, 7/24 xidmət göstərən Telefon Mərkəzi (*0444) və İnternet/Mobil Bankçılıq məhsulları ilə müştərilərə geniş çeşiddə xidmət verməkdədir.
Müştərilərin xəbərləri
Xalq Bank 2026-cı ilin 1-ci rübünü xalis mənfəətlə bağlayıb - BANKIN SON MALİYYƏ VƏZİYYƏTİ MƏLUM OLDU
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
"PAŞA Bank" səhmlərinə sahib olun!
“Bank Respublika”nın xalis mənfəəti 18 faizə yaxın artıb
Azərbaycan neftinin son qiyməti - 7 dollardan çox ucuzlaşıb
Rəsmi məzənnələr açıqlandı
"Turanbank"ın xalis mənfəəti 2 dəfədən çox artıb
PAŞA Bank-ın xalis mənfəəti 10%-ə yaxın artıb
Ən çox oxunanlar
Tramp İranla müharibənin “bitməyə çox yaxın” olduğunu dedi
“İki gün ərzində Pakistanda ABŞ–İran görüşü baş tuta bilər”
Xalq Bank 2026-cı ilin 1-ci rübünü xalis mənfəətlə bağlayıb - BANKIN SON MALİYYƏ VƏZİYYƏTİ MƏLUM OLDU
Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Qarabağ filialı açılıb
TƏBİB-ə yeni İcraçı direktor təyin edildi
Fövqəladə hallar nazirinə iki yeni müavin təyin olunub
"Ziraat Bank Azərbaycan"ın xalis mənfəəti 1,6 dəfə artıb





.jpg)
.jpg)








.jpg)





